Ru
Bakı
USD
EUR
GBP
RUB

Radiasiya Problemləri İnstitutunda ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib

news photo

11.12.2019 12:02 // Təhsil

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) ümummilli lider Heydər Əliyevin anım tədbiri keçirilib.

RPİ-dən Youthportal.az-a bildiriblər ki, əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə çıxış edən Radiasiya Problemləri İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, həmçinin Azərbaycan tarixində əvəzolunmaz rolundan danışıb.

İnstitutun elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva Ümummilli Liderin bütün mənalı həyatını canından artıq sevdiyi doğma xalqına həsr etdiyini bildirib. Ulu Öndərin Azərbaycan üçün misilsiz xidmətlərindən danışan R.Mehdiyeva bu dahi şəxsiyyətin xalqına, dövlətinə və onun inkişafına verdiyi dəyərdən və dəstəkdən geniş bəhs edib. O qeyd edib ki, ulu öndər Heydər Əliyev hələ sovetlər birliyində yaşadığımız illərdə respublikanın rəhbəri kimi milli ruhun, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qayıtması, müstəqil dövlətçilik ideyalarının gerçəkləşdirilməsi üçün əsaslı zəmin yaradıb. Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövr ərzində yorulmadan tərəqqisi üçün çalışdığı, böyük tarixi keçmişi və zəngin mədəniyyəti ilə həmişə qürur duyduğu doğma Vətəni Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb. Ölkəmizdə müstəqilliyin möhkəmləndirilməsi, əbədi və dönməz olması, dinamik inkişaf yolu və beynəlxalq nüfuzunun sürətlə artması məhz Ulu Öndərin gərgin və səmərəli fəaliyyəti sayəsində reallaşıb.

R.Mehdiyeva xalqımızın və dövlətimizin tarixində özünə əbədiyyət abidəsi ucaltmış, öz ölkəsi, xalqı üçün tarixi əhəmiyyətli işlər görmüş ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətinin hər mərhələsinin, hər səhifəsinin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını qeyd edib.

Tədbirin sonunda Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi