Ru
Bakı
USD
EUR
GBP
RUB

“Quş dili” tamaşası növbəti dəfə səhnədə

news photo

14.11.2019 20:13 // Cəmiyyət

Noyabrın 16-da Azərbaycan Dövlət “Yuğ” Teatrında “Quş dili” tamaşası nümayiş olunacaq.

Teatrdan AZƏRTAC-a bildirilib ki, Təranə Vahidin hekayələri əsasında Əbdülqəni Əliyevin quruluşunda hazırlanan tamaşanın məşqləri artıq yekunlaşmaq üzrədir. Tamaşanın quruluşçu rəssamı Umay Həsənova, musiqi tərtibatçısı Amid Qasımovdur. Səhnə əsərində, “Humay” mükafatı laureatı Qasım Nağı, aktyorlar Natəvan Qeybani, Təranə Atacan, Elgün Həmidov, Elşən Əsgərov və İlahə Məmmədzadə iştirak edir.

Hadisə gözdən uzaq bir dağ kəndində baş verir. Nə baş verir? Bir gecə kəndə Əzrayıl gəlir. Ölüm mələyi qızmarda və sazaqda bərkimiş canlardan birini aparır. Hava nə qədər sərt olsa da, amansızlıqda insan laqeydliyinə çatmaz - külüngün torpağa batmadığı bir şaxtada qoca bağban yerdə qalmış tənha ölüyə qəbir qazır, dəfn edir... Qaydalar belədir: kütlədən seçildinsə, sınaqlarla üzləşəcəksən... aşkar sınağın mükafatı isə gizli gələr həmişə... Qoca bağban da həyatının ən ağır imtahanı ilə – ilk, məsum sevgisi ilə sınanacaq...

Tamaşada cavab yoxdur, xeyli maraqlı suallar var.

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi