Qusarlı gənclərin iştirakı ilə “Yurdum Azərbaycanım” mövzusunda intellektual turnir keçirilib (FOTO)
28.10.2019 11:15 // Gənclər üçün
Qusar rayonunda vətənpərvərliyin intellektual oyunlar vasitəsilə təbliği məqsədilə yeniyetmə və gənclərdən ibarət 9 komandanın iştirakı ilə yarış keçirilib.
Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin “Yurdum Azərbaycanım” intellekt marafonu layihəsi çərçivəsində keçirilən tədbirin rəsmi açılış mərasimində çıxış edən layihə rəhbəri Ramin Mahmudov bildirib ki, turnirin keçirilməsində əsas məqsəd ölkə Prezidenti cənab İlham Əliyevin Nəsiminin 650, Cəfər Cabbarlının 120, Cəlil Məmmədquluzadənin 150, İsmayıl Şıxlının 100, Əhməd Ağaoğlunun 150 illik yubileylərinin keçirilməsi ilə əlaqədar verdiyi sərəncamlardan irəli gələn vəzifələrin gənclər arasında təbliğinə dəstək vermək, eyni zamanda vətənpərvərliyin gənclər arasında intellektual oyunlar vasitəsilə təbliğinə nail olmaqdır.
İctimai birlikdən Youthportal.az-a bildirilib ki, tədbirdə çıxış edən Qusar rayon Gənclər və İdman idarəsinin məsul işçisi Sevil Dəmirova tədbirin Qusarda keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirərək qeyd edib ki, bu kimi əyləncəli və öyrədici tədbirlər yeniyetmə və gənclərin həm asudə vaxtının səmərəli təşkilinə, həm də daha həvəslə yeni bilikləri qavramasına təkan verir.
Rəsmi hissədən sonra yarışa start verilib. Birinci mərhələdə 9 komanda yarımfinala vəsiqə uğrunda mübarizə aparıb. 8 turun nəticələrinə əsasən ilk 4 yeri tutan komandalar mübarizəni ikinci mərhələdə davam etdirmək hüququ qazanıb. Yekunda “Pentaqon” biliciləri turnirin qalibi adını qazanıb. Həsənqala kəndinin təmsil edən “De Fakto” komandası ikinci, “Yamotho” adını daşıyan komanda üçüncü olub.
Yekunda qalib və mükafatçılar təşkilatçılar tərəfindən kubok, medal, diplom və müxtəlif bədii ədəbiyyat nümunələri ilə eyni zamanda layihənin tərəfdaşı “Ekspress Təhsil Mərkəzi”nin hədiyyələri və müvafiq olaraq 80,60 və 40 faizlik güzəştli təhsil kuponları ilə təltif ediliblər.
Digər xəbərlər
Unudulmaz xanəndə Qədir Rüstəmovun xatirəsi yad olunacaq
11.12.2019 18:27 // Cəmiyyət
Azərbaycan idmançısı kəmər güləşi üzrə dünya çempionatında iştirak edəcək
11.12.2019 18:05 // İdman
Beynəlxalq konfransda Bakı Slavyan Universitetinin nümayəndələrinin məruzələri dinlənilib (FOTO)
11.12.2019 17:49 // Təhsil
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəsmi internet səhifəsi istifadəyə verilib
11.12.2019 17:31 // Cəmiyyət
Videodərslər - təhsilin əlçatanlığı
11.12.2019 17:14 // Təhsil
2020-ci ildən milyonlarla istifadəçinin “WhatsApp” messenceri işləməyəcək
11.12.2019 17:00 // High-tech
BSU-da “Dil siyasəti və müasir dövr” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
11.12.2019 16:46 // Təhsil
Akademik Afad Qurbanovun 90 illik yubileyinə həsr edilmiş konfransın materialları çap olunub
11.12.2019 16:30 // Təhsil
Məktəblilərə şəxsiyyət vəsiqəsi verilir (FOTO)
11.12.2019 16:15 // Təhsil
Auditorlar Palatası imtahan keçirəcək
11.12.2019 15:58 // Cəmiyyət
YAP Binəqədi rayon təşkilatında qadın seçicilərlə görüş keçirilib
11.12.2019 15:42 // Cəmiyyət
FIFA-nın və 4 futbol assosiasiyasının nümayəndələri "Qarabağ"ın matçını izləyəcək
11.12.2019 15:29 // İdman
Bakı Ali Neft Məktəbi “Baker Hughes” şirkəti ilə proqram təminatı lisenziyaları barədə saziş imzalayıb
11.12.2019 15:13 // Təhsil
Bədən Tərbiyəsi və İdman Akademiyasında ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb (FOTO)
11.12.2019 14:57 // Cəmiyyət
“Azərbaycan Könüllülük Həftəsi” başa çatıb
11.12.2019 14:40 // Gənclər üçün
“Sağlam məktəbli” layihəsi çərçivəsində Lənkəran, Şəmkir, Qusar, Samux,Tərtər və Xırdalanda məktəblilərlə görüş keçirilib
11.12.2019 14:28 // Cəmiyyət
3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri beynəlxalq müsabiqədə uğur qazanıblar
11.12.2019 14:12 // Bizim istedadlar
"Huawei" özünün yeni əməliyyat sistemini tətbiq edəcək
11.12.2019 13:56 // High-tech
BSU-nun nümayəndələri Moskvada Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində
11.12.2019 13:41 // Təhsil
Dekabrın 12-də ölkə ərazisində hava əsasən yağmursuz keçəcək
11.12.2019 13:27 // Cəmiyyət
Məktəbdən peşəyə (FOTO)
11.12.2019 13:14 // Təhsil
Şəhriyar Məmmədyarov FIDE Qran-prisinin həlledici mərhələsində mübarizəyə başlayır
11.12.2019 12:59 // İdman
Sabah Fəxri xiyaban istiqamətində bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq
11.12.2019 12:40 // Cəmiyyət
Təhsil naziri Sumqayıtda vətəndaşları qəbul edəcək
11.12.2019 12:33 // Təhsil
Ağır atletimiz Avropa birinciliyində bir qızıl və bir gümüş medal qazanıb (FOTO)
11.12.2019 12:18 // İdman
Radiasiya Problemləri İnstitutunda ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib
11.12.2019 12:02 // Təhsil
“Səyyar Gənclər Evi” Şəkinin Qaratorpaq kəndində (FOTO)
11.12.2019 11:45 // Gənclər üçün
Bakı məktəblisi beynəlxalq müsabiqədə qalib gəlib (FOTO)
11.12.2019 11:29 // Bizim istedadlar
Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş inşa yazı müsabiqəsi keçirildi
11.12.2019 11:14 // Cəmiyyət
Ulu öndər Heydər Əliyevə həsr olunmuş “Sən elə bir zirvəsən...” mahnısı sağlamlıq imkanları məhdud gənclərin ifasında
11.12.2019 11:00 // Cəmiyyət