Ru
Bakı
USD
EUR
GBP
RUB

Qusarda keçirilən şahmat üzrə respublika olimpiadasının qalibləri müəyyənləşib

news photo

17.07.2018 18:50 // İdman

İyulun 17-də Qusarda keçirilən şahmat üzrə respublika olimpiadasının qalibləri müəyyənləşib.

Youthportal.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışlarda 46 şəhər və rayondan 500-ə yaxın idmançı mübarizə aparıb. Respublika şahmat olimpiadasında iştirak edən idmançılar arasında dünya və Avropa, eləcə də bir sıra nüfuzlu turnirlərin iştirakçıları yer alıblar.

Qusar Olimpiya İdman Kompleksində təşkil olunan olimpiadada 16 yaşadək gənclər İsveçrə sistemi üzrə mübarizə aparıblar. Yarışlarda 10 yaşadək idmançılar “B”, 10 yaşdan yuxarı şahmatçılar isə “A” qruplarında çıxış ediblər.

Gərgin idman mübarizəsi şəraitində keçən 11 turdan ibarət yarışda “A” qrupunda Fərid Məlikov bütün rəqiblərini qabaqlayaraq birinci olub. İsmayıl Qurbanov ikinci, Hacıəli Əhədzadə isə üçüncü yeri tutublar.

“B” qrupunda isə Əhməd Xaqan çempionluğu bayram edib. Leyla Budaqova və Paşam Əlizadə isə müvafiq olaraq ikinci və üçüncü yerdə qərarlaşıblar.

Qalib idmançılar Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının və Qusar Rayon İcra Hakimiyyətinin xatirə medalları və qiymətli hədiyyələri ilə mükafatlandırılıblar.

Olimpiadanın mükafatlandırma mərasimində çıxış edənlər yüksək səviyyədə keçən yarışların əhəmiyyətindən danışıb, qalib idmançıları təbrik ediblər.

Digər xəbərlər

Xəbər lenti

Sabah yağış yağacaq

Nazir vətəndaşlarla görüşdü (FOTO)

Atəşkəs 24 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi