Ru
Bakı
USD
EUR
GBP
RUB

Qurban Qurbanov iki futbolçunu Azərbaycan millisinin heyətindən çıxarıb

news photo

10.09.2018 17:55 // İdman

Bu gün UEFA Millətlər Liqasının II tur matçında üz-üzə gələcək Malta və Azərbaycan yığmalarının iştirak ərizələri açıqlanıb.

Youthportal.az UEFA-nın saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin ilkin heyətindən 2 futbolçu komandanın 23 nəfərlik siyahısına daxil edilməyib. Baş məşqçi Qurban Qurbanov "Sumqayıt"dan dəvət etdiyi müdafiəçi Bəxtiyar Həsənalızadə ilə "Səbail"in hücumçusu Ruslan Qurbanovu kənarda saxlayıb. Əvəzində Millətlər Liqasının ilk turunda Kosovo ilə oyunu buraxan Namik Ələskərov "23-lüy"ə qaytarılıb. Həsənalızadə Kosovo ilə qolsuz heç-heçə ilə başa çatan matçda da iştirak etməyib. Ruslan Qurbanov oyuna start heyətdə başlasa da, 61-ci dəqiqədə Təmkin Xəlilzadə ilə əvəzlənib. Həm Həsənalızadə, həm də Qurbanov ötən gün məşqdə iştirak edib. 

Meydan sahiblərinin heyətində isə müdafiəçi Kleyton Faylla, yarımmüdafiəçilər Danstan Vella, Ceyk Qrek və hücumçu Endryu Koenin bugünkü matçda iştirak etməyəcəyi dəqiqləşib. Endryu Koen I turda səfərdə Farer adalarına 1:3 hesabı ilə uduzduqları qarşılaşmada meydanda olub. O, görüşün 84-cü dəqiqəsində yerini Alfred Effionqa verib.

Qeyd edək ki, Ta Qali Milli stadionu təşkil olunacaq qarşılaşma saat 22:45-da başlanacaq.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda güclü külək əsəcək

Bu gün Milli Musiqi Günüdür

Ermənilər atəşkəsi 20 dəfə pozdu

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi