Ru
Bakı
USD
EUR
GBP
RUB

“Qurani-Kərim”in digər dillərə tərcüməsi” mövzusunda seminar keçiriləcək

news photo

15.03.2019 15:22 // Cəmiyyət

Martın 29-da Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Qurani-Kərim”in digər dillərə tərcüməsi” mövzusunda seminar keçiriləcək.

İnstitudan Youthportal.az-a bildirilib ki, seminarı “Ostrojskaya Akademiya” Milli Universitetinin İslam araşdırmaları mərkəzinin direktoru, Quranın Ukrayna dilinə tərcüməçisi, tarix üzrə fəlsəfə doktoru Mixail Yakuboviç aparacaq.

Xatırladaq ki, dərin dini və dünyəvi biliklərə, zəngin dünyagörüşünə malik mütəxəssislərin yetişdirilməsi məqsədilə Aİİ-də ardıcıl seminarlar, görüşlər təşkil olunur. Ali təhsil müəssisəsi elmi və mədəni inkişafı təmin etmək məqsədilə müxtəlif konfrans, dəyirmi masa və görüşlərin keçirilməsinə xüsusi önəm verir.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Atəşkəs 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi