Ru
Bakı
USD
EUR
GBP
RUB

Qubada vikipediyaçılar üçün “Bahar düşərgəsi” keçiriləcək

news photo

04.05.2018 16:40 // Gənclər üçün

Quba rayonunda Azərbaycandilli Vikipediya könüllülərinin “Bahar düşərgəsi”nin keçirilməsi nəzərdə tutulub. 

Youthportal xəbər verir ki, bu barədə "Report"a “Azərbaycan Vikimedia Könüllüləri” İctimai Birliyinin sədri Elgün Atalıyev məlumat verib.  

Tədbir “Azərbaycan Vikimedia Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə baş tutacaq. 

 Onun sözlərinə görə, düşərgənin iyunun 2-3-də keçirilməsi planlaşdırılır: "Düşərgəyə qeydiyyat artıq başlayıb. Düşərgə barədə Vikipediyada elan verilərək bu barədə ayrıca səhifə də yaradılıb. Düşərgənin təşkilində əsas məqsədlər Azərbaycanda Vikimedia hərəkatının gücləndirilməsi, fəal istifadəçilər arasında sıx əlaqələrin və əməkdaşlığın qurulması, yeni könüllülərin cəlb edilməsi, multikulturalizm cəhətdən zəngin olan və qədim tarixə malik Quba rayonu və onun mədəniyyətinə dair Vikipediyada məqalələrin yaradılması, Vikipediyanın çağdaş dönəmdə informasiyanın əldə edilməsində xüsusi əhəmiyyətə malik virtual məlumat platforması olmasının Azərbaycan cəmiyyətində aktuallaşdırılması, Vikipediyadan istifadənin kütləviləşdirilməsi, müasir texnoloji vasitələrdən istifadə etmək bacarığına malik gənc könüllülərin Vikipediyaya cəlb edilməsi, Vikipediyanın Azərbaycan dili bölməsi üzrə, eyni zamanda digər aparıcı dil bölmələrində ölkəmizlə bağlı fəaliyyətin məqsədli və planlı şəkildə həyata keçirilməsi üçün maarifləndirmə tədbirlərinin görülməsidir.Daha Ətraflı: https://report.az/medeniyyet-xeberleri/medeniyyet-siyaseti/qubada-vikipediyacilar-ucun-bahar-dusergesi-kecirilecekİstənilən məlumatdan istifadəyə yalnız report.az saytına istinad etməklə icazə verilir

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 34 dərəcə isti olacaq

Kolleclərə ixtisas seçimi davam edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi