Qubada “Sabahın sahibkarları” seminar-konfransları keçirilir (FOTO)

05.11.2019 11:20 // Gənclər üçün
Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Sabahın sahibkarları” adlı layihəsi çərçivəsində Quba rayonunda seminar-konfransların icrasına başlamışdır.
Mərkəzdən Youthportal.az-a bildiirlib ki, Mingəçevir şəhərində, Quba və Ağcabədi rayonlarında reallaşdırılan layihənin əsas məqsədi gənclərin sahibkarlıq fəaliyyətinə təşviq edilməsi, onların sahibkarlıq subyektinə çevrilməsi üçün münbit şəraitin yaradılması, gənclərin bu sahədə bilik və bacarıqlarının artırılması, onlara hüquqi və texniki yardımların göstərilməsidir.
Layihə çərçivəsində gənclər üçün aparıcı şirkətlərdə praktiki məşğələlərin təşkili, sahibkarlıq fəaliyyətinə dair təlim proqramının və tanınmış iş adamları ilə görüşlərin keçirilməsi nəzərdə tutulur. Sahibkarlıq subyekti olmaq istəyən gənclərə texniki yardımların göstərilməsi, onlar üçün hüquqi məsləhət xidmətlərinin təşkili də planlaşdırılır.
Quba rayonunda bir neçə gün davam edən seminar-konfranslarda yüzdən artıq gənc iştirak etmişdir. Tanınmış biznes təlimçisi Fəxri Ağayev gənclər qarşısında maraqlı proqramla çıxış etmiş, onları maraqlandıran sualları cavablandırmışdır.
Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadənin verdiyi məlumata əsasən, hazırda ölkəmizdə əlverişli sahibkarlıq mühiti formalaşdırılmış, müvafiq qanunvericilik bazası təkmilləşdirilmiş, sahibkarlıq fəaliyyəti üçün zəruri şərait yaradılmışdır. Hazırda çox sayda fiziki və ya hüquqi şəxs rəsmi olaraq sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Amma statistik göstəricilərə nəzər yetirsək görəririk ki, sahibkarlıqla məşğul olanların böyük əksəriyyəti orta yaşlı insanlardır. Gənclər sahibkarlıq subyektlərinin fəaliyyətində əsasən işçi rolunu oynayır. Aktiv olaraq şəxsi biznesini quran gənc yaşlı insanlar çox azdır. Müxtəlif qurumlar fərqli üsullarla gəncləri sahibkarlıq fəaliyyətinə daha da həvəsləndirə bilərlər. Gənclər biznes mühitinə yenilik gətirə, müxtəlif beynəlxalq biznes toplantılarında və sərgilərdə ölkəmizi daha fəal təmsil edə bilərlər. Bu baxımdan Gənclər üçün Təhsil Mərkəzi belə bir layihə ideyası ilə çıxış edir, gənclərin sahibkarlıq fəaliyyətinə dəstək verməyi planlaşdırır.




Digər xəbərlər
Ümumi təhsil məktəblərinin gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri üçün seminar-treninq keçirilib (FOTO)
06.12.2019 16:33 // Təhsil
Azərbaycanda ilk dəfə klassik vokalçıların ümumrespublika festivalı keçiriləcək
06.12.2019 16:17 // Cəmiyyət
Məktəblilərə QİÇS-lə bağlı məlumat verilib (FOTO)
06.12.2019 16:01 // Təhsil
Musiqili Teatrda “Nəsimi” kompozisiyası təqdim olunub
06.12.2019 15:45 // Cəmiyyət
“Təmiz Şəhər” ASC-nin ərazisində 2 min ağac əkilib (FOTO)
06.12.2019 15:30 // Cəmiyyət
Akademik Milli Dram Teatrında Yeni il şənlikləri təşkil olunacaq
06.12.2019 15:12 // Cəmiyyət
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantlarının çöl çıxışları başlayıb (FOTO)
06.12.2019 14:54 // Siyasət
“Bakı Şəhər Halqası” yerli media nümayəndələri arasında multimedia müsabiqəsi keçirir
06.12.2019 14:38 // Formula 1
Şənbə gününün hava proqnozu açıqlanıb
06.12.2019 14:28 // Cəmiyyət
Almaniyada ulu öndər Heydər Əliyevin xatirəsinə kikboksinq üzrə peşəkar turnir təşkil ediləcək
06.12.2019 14:13 // İdman
"Nasimi passion" vokal-xoreoqrafik tamaşası nümayiş olunacaq
06.12.2019 14:11 // Cəmiyyət
Coğrafiya İnstitutu Almaniyanın Gisen Universiteti ilə əməkdaşlıq edəcək
06.12.2019 13:57 // Təhsil
Bakıda keçiriləcək idman gimnastikası üzrə dünya kubokunda 48 ölkədən idmançılar iştirak edəcəklər
06.12.2019 13:39 // İdman
Opera və Balet Teatrında “Viva opera” adlı qala- konsert olacaq
06.12.2019 13:25 // Cəmiyyət
Xəzər-Qafqaz seqmentindən bəhs edən monoqrafiya rus dilində çapdan çıxıb
06.12.2019 13:10 // Təhsil
İDEA İctimai Birliyi “TəbiətimİZ” sosial aksiyasına əsas tərəfdaş olaraq qoşulub
06.12.2019 12:57 // Gənclər üçün
Bakı Uşaq Teatrı yeni tamaşanın premyerasına hazırlaşır
06.12.2019 12:34 // Cəmiyyət
”Vikipediya”da Azərbaycanın tanınmış qadın şəxsiyyətləri haqqında onlarla məqalə yaradılıb
06.12.2019 12:17 // Təhsil
Peşə Təhsil Mərkəzində təlim: gənclərin sahibkarlıq bilikləri artırılır
06.12.2019 12:01 // Təhsil
Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq
06.12.2019 11:45 // Cəmiyyət
UNEC “GreenMetric Ranking” metodologiyasını tətbiq edən universitetlər arasında 432-ci yerdə qərarlaşıb
06.12.2019 11:32 // Təhsil
İlahiyyat İnstitutu “Bədii əsər oxuma müsabiqəsi” layihəsinə başlayıb
06.12.2019 11:14 // Təhsil
Orta məktəbin müəllimi dünya çempionu olub (FOTO)
06.12.2019 11:00 // Təhsil
Eden Hazard “El Klassiko”nu buraxacaq
06.12.2019 10:44 // İdman
ADU-da "Mən Çin heroqliflərinin hökmdarıyam" adlı diktant müsabiqə keçirilib (FOTO)
06.12.2019 10:30 // Təhsil
Bu gün Azərbaycanın bütün regionlarında ağacəkmə kampaniyası keçiriləcək
06.12.2019 10:13 // Cəmiyyət
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
06.12.2019 09:47 // Qarabağ
Prezident İlham Əliyev: Ümid edirəm ki, gənclər də növbədənkənar parlament seçkilərinə çox fəal qoşulacaqlar
06.12.2019 09:29 // Siyasət
“Unudulmayanlar” layihəsi çərçivəsində Xalq artisti Qədir Rüstəmovun xatirəsi anılacaq
05.12.2019 19:41 // Cəmiyyət
Ağır atletika üzrə yığma komandamız İsraildə Avropa birinciliyində iştirak edəcək
05.12.2019 19:26 // İdman