Ru
Bakı
USD
EUR
GBP
RUB

Quba məktəbliləri üçün yay düşərgəsi təşkil olunub (FOTO)

news photo

12.09.2019 17:21 // Gənclər üçün

Quba şəhər Azad Məmmədov adına 2 nömrəli məktəb-lisey tərəfindən reallaşdırılan layihə çərçivəsində 40 nəfər VIII-XI sinif şagirdlərinin iştirakı ilə Qusar rayonunda dördgünlük yay düşərgəsi təşkil olunub.

Təhsil Nazirliyindən Youthportal.az-a bildiriblər ki, düşərgədə Qəçrəş, İsnovqışlaq, Qaraçay, Hacıqayıb və Alekseyevka kəndlərində təhsil alan, müxtəlif fənn olimpiadalarında, müsabiqələrdə və ümumilikdə təhsildə fərqlənən şagirdlər iştirak ediblər.

Şagirdlər 4 qrupa bölünərək müxtəlif əyləncəli və idman oyunlarında iştirak edib, peşəkar təlimçilər tərəfindən həyata keçirilən “Natiqlik”, “Ünsiyyət bacarıqları”, “Debat”, “Layihə təkliflərinin hazırlanması”, “Emosional intellekt” mövzularında maarifləndiriliblər.

Xatırladaq ki, layihə Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi” çərçivəsində reallaşdırılıb.

news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabaha olan hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi