Ru
Bakı
USD
EUR
GBP
RUB

“Qrossmeyster” layihəsi çərçivəsində gənclər arasında şahmat birinciliyi keçirilib (FOTO)

news photo

28.10.2016 20:00 // Cəmiyyət

Binəqədi rayonu Gənclər evində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi və YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə VIII qrant müsabiqəsinin qalibi Aysel Ağayevanın “Qrossmeyster” layihəsi çərçivəsində gənclər arasında şahmat birinciliyi keçirilib.

Layihənin açılış mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Rüfət Əhmədov, YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə, layihənin rəhbəri Aysel Ağayeva və gənclər iştirak ediblər. Birinciliyin açılış mərasimində çıxış edən nümayəndələr bildiriblər ki, layihənin keçirilməsində məqsəd gənclərin daha geniş kütləsinin intellektual fəaliyyətə, o cümlədən intellektual idman növü olan şahmata cəlb edilməsi, asudə vaxtın səmərəli təşkil olunmasıdır.

Yarışın hakimi Binəqədi rayonu 3 nömrəli Uşaq Gənclər Şahmat İdman Məktəbinin müəllimi Xalidə Həsənova iştirakçılara birinciliyin keçirilmə qaydalarını izah etdikdən sonra oyuna start verilib. Yarışda 35 nəfər gənc iştirak edib.

Sonda qaliblər kubok, medal və diplomla təltif olunublar.

news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi