Ru
Bakı
USD
EUR
GBP
RUB

Qoşqar zirvəsində “Xocalıya ədalət!” posteri açılıb

news photo

26.02.2018 16:41 // Cəmiyyət

Xocalı faciəsinin 26-cı ildönümü münasibətilə bir qrup alpinist Kiçik Qafqazın şimal-şərqində yerləşən Qoşqar zirvəsinə yürüş edib.

Youthportal xəbər verir ki, beş nəfərlik alpinist qrupunun yürüşü fevralın 25-də zirvədə “Xocalıya ədalət!” posterinin açılması ilə yekunlaşıb.

“Everest” İdman Klubunun təşkil etdiyi yürüş Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin dəstəyi ilə reallaşıb. Yürüşdə peşəkar dağçılar Turan Əhmədov, Emin Mirzəyev, Rinad Raminxanov, Natiq Yusifli, Anar Abbasov və Turan Əhmədov iştirak edib.

Yürüşün təşkil olunmasında əsas məqsəd gənc nəslin diqqətini Xocalı faciəsinə yönəltməklə yanaşı, sağlam həyat tərzini təbliğ etmək, idmanın bu növünü tanıtmaq və ona olan marağı artırmaqdan ibarətdir.

Daşkəsən rayonu ərazisində yerləşən 3 min 361 metr yüksəklikdəki Qoşqar zirvəsi Kiçik Qafqaz sıra dağlarına aiddir.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi