Ru
Bakı
USD
EUR
GBP
RUB

“Qobustan-tarixinin daş yaddaşı”

news photo

22.10.2019 16:11 // Cəmiyyət

“Qobustan-tarixinin daş yaddaşı” adlı layihə 23 oktyabr 2019-cu il tarixində 18:00 da Qobustan dövlət tarixi-bədii qoruğu ərazisində təşkil ediləcək. Saat 16.00-da Gənclər və idman nazirliyinin qarşısından avtobuslar çıxacaq.

Nazirlikdən Youthoprtal.az-a bildirilib ki, Gənclər və İdman Nazirliyi tərəfindən Qobustan dövlət tarixi-bədii qoruğu dəstəyi ilə  “Qobustan-tarixinin daş yaddaşı” adlı layihə həyata keçiriləcək.

Layihə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərinin icrasını təmin etmək məqsədilə ilə, eləcə də Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının qərarı ilə təsdiq edilmiş “MDB üzv dövlətlərinin 2018-2020-ci illər üçün humanitar əməkdaşlıq sahəsində prioritet tədbirlər planı”-na uyğun olaraq həyata keçirilən “Yaşıl Planet” Beynəxalq tələbə məktəbi çərçivəsində təşkil ediləcəkdir.

Layihənin məqsədi- xarici qonaqlara Azərbaycan tarixi haqqında məlumat vermək, Qobustanın dünyanın ilk yaşayış məskənlərindən biri olduğunu çatdırmaqdır.

Layihədə qədim dövrə aid  olan mədəniyyət, məişət və ənənələr gənc aktyorlar tərəfindən təqdim ediləcəkdir.

Digər xəbərlər

Xəbər lenti

“Anamın kitabı”nı bir daha oxuyaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi