Ru
Bakı
USD
EUR
GBP
RUB

“Qızıl Qlobus” mükafatının qalibləri məlum olub (FOTO)

news photo

07.01.2019 11:18 // Dünyada

Los-Anceles şəhərində 2018-ci il ərzində kinematoqrafiya və televiziya sahələrində xidmətlərə görə “Qızıl qlobus” mükafatının 76-cı təqdimetmə mərasimi keçirilib.

Youthportal.az xəbər verir ki, il üzrə “Ən yaxşı dram filmi” nominasiyasında Fredi Merkurinin həyat və yaradıcılığından bəhs edən “Bohem rapsodiyası” filmi “Qızıl qlobus” mükafatına layiq görülüb. “Ən yaxşı dramatik film aktyoru” mükafatını aktyor Rami Malek qazanıb.

"Ən yaxşı dramatik film aktrisası" nominasiyası üzrə “The Vife” adlı ekran əsərindəki roluna görə Glenn Close qalib olub.

Alfonso Kuaron “Roma” filmi üzərində gördüyü işə görə “Ən yaxşı rejissor”, “Yaşıl kitab” filmi "Ən yaxşı film komediya, yaxud muzikl" nominasiyasında “Qızıl qlobus” mükafatı qazanıb.

Kristian Бeyl “Ən yaxşı komediya aktyoru” nominasiyasında “Hakimiyyət” filminə görə qalib olub.

“Qızıl qlobus” mükafatına namizədlər sırasında “A Star Is Born”, “Black Panter”, “Beale Street konuşabilseydi” və “Kara klanovets” filmləri də yer alıb.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Ceki Çan "Alpinistlər" filmində

Metroda pianoçunun solo konserti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi