Ru
Bakı
USD
EUR
GBP
RUB

Qida təhlükəsizliyinin qorunmasına dair maarifləndirici tədbirlərin təşkili” layihəsinin yekun tədbirləri keçirilib (FOTO)

news photo

31.10.2019 11:00 // Gənclər üçün

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Azərbaycan Gənc Marketoloq-Reklamçılar ictimai birliyi “Qida təhlükəsizliyinin qorunmasına dair maarifləndirici tədbirlərin təşkili” layihəsinin yekun tədbirləri keçirilib. 

Tədbirlərdə ictimai birliyin üzvləri, Qazax rayon İcra Hakimiyyətinin nümayəndəsi Azad Hümbətov, Ağstafa icra Hakimiyyətinin nümayəndəsi Məmmədov Ziya və QHT nümayəndələri iştirak ediblər. 

NAYORA-dan Youthportal.az-a bildirilib ki, tədbiri giriş sözü ilə Azərbaycan Gənc Marketoloq-Reklamçılar İctimai Birliyinin sədri Hafiz Əzəmmədov açaraq layihənin reallaşdırılmasına maliyyə dəstəyi verən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına minnətdarlığını bildirib və qida təhlükəsizliyinin əhəmiyyətindən danışıb.

Layihə çərçivəsində Qazax, Ağstafa rayonlarından yerləşən 4 məktəbdə hər birində 1 gün olmaqla seminarlar həyata keçirilib. Seminarlarda uşaq və yeniyetmələrə Qida Təhlükəsizliyinin qorunmasına dair və insanların sağlam qidalanması ilə bağlı mühazirələr oxunub, diskusiyalar aparılıb və sonda fəal gənclərə diplomlar verilib.

news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi