Ru
Bakı
USD
EUR
GBP
RUB

QHT-lər üçün “Layihələrin idarə olunması və hesabatlıq” mövzusunda təlim keçirilib (FOTO)

news photo

20.07.2019 10:39 // Cəmiyyət

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə iyulun 19-da Qeyri-Hökumət Təşkilatları Resurs və Təlim Mərkəzində QHT-lər üçün “Layihələrin idarə olunması və hesabatlıq” mövzusunda təlim keçirilib.

Qurumdan Youthportal.az-a bildiriblər ki, təlimin açılış sessiyasında çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sistemi (SƏLİS) və ona daxil olan proqramlar barədə ətraflı məlumat verib. O qeyd edib ki, yeni elektron proqramların və xidmətlərin tətbiqi bu sahədə QHT-lərin bilik və bacarıqlarının artırılmasını zəruri edir. QHT-lərdə bu proqramlardan istifadə vərdişlərinin formalaşması üçün Şura silsilə təlimlərə başlayıb. Hazırda layihələrin həyata keçirilməsinin ən məhsuldar dövrü olduğuna görə ilk təlim də məhz e-idarəetmə (layihələrin elektron idarə edilməsi və monitorinqi) proqramından istifadəyə həsr olunub.

Şura Katibliyinin məsləhətçisi Elnur Bağırlı layihələrin elektron idarə edilməsi qaydaları barədə hazırladığı materialları iştirakçılara təqdim edib. Layihə idarəetməsi mərhələli şəkildə proqramdan vizual görüntülər nümayiş etdirməklə QHT-lərə izah olunub.

Katibliyin aparıcı məsləhətçisi Amid Mirzəyev layihə büdcəsinin idarə olunması, maliyyə hesabatının hazırlanması və elektron qaydada təqdim edilməsi barədə iştirakçılara məlumat verib.

İnteraktiv qaydada keçirilən təlim qrup işləri, təqdimatlar və maraqlı müzakirələrlə davam edib.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 23 dəfə pozulub

Havanın temperaturu 39 dərəcə olacaq

Sabah Bakıda 34 dərəcə isti olacaq

Kolleclərə ixtisas seçimi davam edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi