Ru
Bakı
USD
EUR
GBP
RUB

QHT Şurasının dəstəyi ilə milli maraqların müdafiəsi mövzusunda Salyan rayonunda seminar keçirilib (FOTO)

news photo

30.10.2019 12:47 // Gənclər üçün

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Müasir Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən 01 Sentyabr 2019-cu il tarixdən icrasına başlanmış “Milli maraqların müdafiəsində sosial şəbəkələrin rolunun artırılması” layihəsi çərçivəsində Salyan Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə 29 Oktyabr 2019-cu il tarixində Salyon Rayon Diyarşünaslıq Muzeyində seminar təşkil edilmişdir. Tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin əməkdaşı Aqşin Babayev, Salyan Rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi Fariz Sadıqlı,rayonun ictimai-fəal gəncləri,gənc müəllimləri,Uşaq Gənclər İnkişaf Mərkəzinin və Salyan Peşə Liseyinin şagirdləri,ümumilikdə 50 nəfər gənc iştirak etmişdir.

İctima Birlikdən Youthportal.az-a bildiirlib ki, tədbiri giriş sözü ilə açan Salyan Rayon İcra Hakimiyyətinin əməkdaşı Aqşin Babayev tədbir iştirakçılarını salamladı, ölkədə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ən son genişmiqyaslı layihələr haqqında, eləcə də Salyan Rayon İcra Hakimiyyəti tərəfindən gənclərinin məşğulluğunun təmin olunması, yeni iş yerlərinin yaradılması istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verdi. Daha sonra çıxış edən "Müasir Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Mehman Əliyev donor təşkilat-QHT Şurası və sədri olduğu təşkilatın fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verməklə yanaşı layihənin əsas məqsədinin sosial şəbəkələrin imkanlarından istifadə edərək milli maraqların müdafiə olunmasında hər bir kəsi fəal iştirak etməyə təşviq etmək olduğunu bildirdi.

Layihə eksperti, Elbəy Fətəliyev seminar müddətində sosial şəbəkələr və vətəndaş cəmiyyəti,sosial şəbəkələrdən istifadənin müsbət və mənfi tərəfləri, milli maraqlarımıza zidd və dini radikalizmi təbliğ edən sosial şəbəkə istifadəçilərinə qarşı mübarizə tədbirləri və s. mövzularda iştirakçıları ətraflı məlumatlandırdı.Seminar iştirakçıları ilə müzakirə şəraitində keçən görüşdə iştirakçılardan Mehdi Cəbiyev,Aslan Qədirov, Günel Hüseynova və Tofiq Məmmədli və başqaları çıxış edərək milli maraqların müdafiə olunmasında gənclərin üzərinə daha böyük vəzifələrin düşdüyünü,eləcə də sosial şəbəkələr üzərindən müstəqil və qüdrətli dövlətimizin maraqları naminə anti-Azərbaycan çağırışları edən radikal qüvvələrə qarşı mübarizə aparmağın olduqca əhəmiyyətli olduğunu vurğulayaraq fəaliyyət göstərdikləri və təhsil aldığı müəssisələrdə bu istiqamətdə təbliğati işlər aparacaqları haqqında danışdılar.

Layihənin həyata keçirilməsində məqsəd milli maraqların müdafiəsini ictimaiyyət arasında təbliğ etmək, gəncləri zərərli ideologiyaların və müxtəlif formalarda fəaliyyət göstərən radikal,ekstremist cərəyanların təsiri altına düşməkdən qorunmasına dəstək olmaq və Azərbaycan həqiqətlərinin sosial media vasitəsi ilə beynəlxalq ictimaiyyətə çatdırmaqdan ibarətdir.

Qeyd edək ki, növbəti silsilə tədbirlər Masallı, Yardımlı və Astara rayonlarında həyata keçiriləcəkdir.

 

news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi