Ru
Bakı
USD
EUR
GBP
RUB

QHT Şurasının dəstəyi ilə milli maraqların müdafiəsi mövzusunda Lerik rayonunda seminar keçirilib (FOTO)

news photo

16.10.2019 12:10 // Gənclər üçün

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Müasir Gənclərin İnkişafına Dəstək” ictimai birliyi tərəfindən 01 Sentyabr 2019-cu il tarixdən icrasına başlanmış “Milli maraqların müdafiəsində sosial şəbəkələrin rolunun artırılması” layihəsi çərçivəsində Lerik Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə 15 Oktyabr 2019-cu il tarixində Lerik Rayon Heydər Əliyev Mərkəzində seminar təşkil edilib. Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin əməkdaşı Hüseyn Hüseynov, Lerik Rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsakov və idarənin əməkdaşları, Peşə Liseyinin müəllim və tələbə heyyəti, rayonda fəaliyyət göstərən təhsil müəssisələrinin gənc müəllimləri və digər ictimai fəal olan ümumilikdə 44 nəfər gənc iştirak edib.

İctimar birlikdən Youthportal.az-a bildiirlib ki, tədbiri giriş sözü ilə açan Lerik Rayon İcra Hakimiyyətinin əməkdaşı Hüseyn Hüseynov Lahiyənin önəmini, hazırki dövr üçün aktuallığını dilə gətirib.Milli maraqların qorunması istiqamətində gənclərə öz tövsiyyələrini verib. Lerik Rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsakov dövlət gənclər siyasəti, Prezident cənab İlham Əliyevin gənclərin inkişafı istiqamətində davamlı olaraq sərəncam və fərmanları barədə iştirakçıları məlumatlandırıb. "Müasir Gənclərin İnkişafına Dəstək” ictimai birliyinin sədri Mehman Əliyev QHT Şurası və təşkilatın fəaliyyəti haqqında məlumatları qeyd etdikdən sonra layihənin məqsədləri barədə iştirakçıları məlumatlandırıb, onların üzərinə düşən vəzifə və öhdəlikləri diqqətə çatdırıb.

Layihə eksperti, Elbəy Fətəliyev sosial şəbəkələr və vətəndaş cəmiyyəti, sosial şəbəkələrdən istifadənin müsbət və mənfi tərəfləri, milli maraqlarımıza zidd və dini radikalizmi təbliğ edən sosial şəbəkə istifadəçilərinə qarşı mübarizə tədbirləri və s. mövzularda seminar iştirakçılarını məlumatlandırıb. Seminar iştirakçıları ilə müzakirə şəraitində keçən görüşdə iştirakçılardan Orxan Abbaszadə,Məmmədov Rəsul, Mürsəliyeva Bahar və digərləri çıxış edərək mövzunun aktuallığını qeyd edib, gəncləri ölkəmizin milli maraqlarının qorunması, zərərli ideologiyaların təsirindən müdafiə olunmasında fəal iştiraka səsləyib.

Layihənin həyata keçirilməsində məqsəd milli maraqların müdafiəsini ictimaiyyət arasında təbliğ etmək, gəncləri zərərli ideologiyaların və müxtəlif formalarda fəaliyyət göstərən radikal, ekstremist cərəyanların təsiri altına düşməkdən qorunmasına dəstək olmaq və Azərbaycan həqiqətlərinin sosial media vasitəsi ilə beynəlxalq ictimaiyyətə çatdırmaqdan ibarətdir.

Qeyd edək ki, növbəti silsilə tədbirlər Cəlilabad, Salyan, Masallı, Yardımlı və Astara rayonlarında həyata keçiriləcəkdir.

news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi