Ru
Bakı
USD
EUR
GBP
RUB

QHT Şurasının dəstəyi ilə milli maraqların müdafiəsi mövzusunda Lənkəran şəhərində seminar keçirilib (FOTO)

news photo

09.10.2019 12:04 // Gənclər üçün

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Müasir Gənclərin İnkişafına Dəstək” ictimai birliyi tərəfindən həyata keçrilən “Milli maraqların müdafiəsində sosial şəbəkələrin rolunun artırılması” layihəsi çərçivəsində Lənkəran şəhər İcra Hakimiyyəti təşkilati dəstəyi və rayon Gənclər və İdman İdarəsinin tərəfdaşlığı ilə 08 Oktyabr 2019-cu il tarixində Lənkəran şəhər Gənclər Evində seminar təşkil edilib. Tədbirdə Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəisi və idarə əməkdaşları, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsinin şöbəsi üzrə nümayəndəsi, Lənkəran Dövlət Universiteti, Lənkəran Tibb Kolleci və Lənkəran Peşə Liseyinin tələbə heyyəti, və digər ictimai fəal olan ümumilikdə 53 nəfər gənc iştirak edirdi.

İctimai birlikdən Youthportal.az-a bildirilib ki, tədbiri giriş sözü ilə açan Lənkəran Şəhər Gənclər və İdman idarəsinin rəisi Yalçın Əhmədov bildirdi ki, ölkədə və regionlarda həyata keçirilən dövlət gənclər siyasəti Lənkəranda da uğurla həyata keçirilməkdədir.Natiq həmçinin gənclərə mövcud layihənin də olduqca əhəmiyyətli olduğunu gənclərin diqqətinə çatdırdı.Daha sonra çıxış edən “Müasir Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Mehman Əliyev QHT Şurası və təşkilatın fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verərək, layihənin məqsədi və qarşıda duran vəzifələr haqqında söz açdı.

Daha sonra layihə eksperti, Elbəy Fətəliyev sosial şəbəkələr və vətəndaş cəmiyyəti, sosial şəbəkələrdən istifadənin müsbət və mənfi tərəfləri haqqında seminar iştirakçılarını məlumatlandırdı.

Tədbirdə iştirak edən DQİK Lənkəran bölgəsinin şöbəsinin əməkdaşı Emin Həmidli çıxış edərək bu gün ölkədə mövcud olan dövlət-din münasibətlərindən, eləcə də sosial şəbəkələrdə dini radikalizmi təbliğ edən paylaşım və çağırışlar haqqında geniş şəkildə məlumat verdi.

Layihənin həyata keçirilməsində məqsəd milli maraqların müdafiəsini ictimaiyyət arasında təbliğ etmək, gəncləri zərərli ideologiyaların və radikal, ekstremist cərəyanların təsiri altına düşməkdən qorunmasına dəstək olmaq və Azərbaycan həqiqətlərinin sosial media vasitəsi ilə beynəlxalq ictimaiyyətə çatdırmaqdan ibarətdir.

Qeyd edək ki, növbəti silsilə tədbirlər Lerik, Cəlilabad, Salyan, Masallı, Yardımlı və Astara rayonlarında həyata keçiriləcəkdir.

news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

“Könüllülük Sərhəd Tanımır!” (FOTO)

Faktiki hava şəraiti açıqlandı

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi