Ru
Bakı
USD
EUR
GBP
RUB

QHT AİDS-lə mübarizə istiqamətində maarifləndirici tədbirləri başa çatdırır

news photo

22.11.2018 14:37 // Gənclər üçün

“Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək” Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “Bakı, Abşeron və Sumqayıtda narkomaniya və İnsan İmmuçatışmazlıq Virusuna (İİV/QİÇS) qarşı innovativ yollarla maarifləndirmə aksiyalarının təşkili, sosial şəbəkələr vasitəsilə təbliğatın aparılması” layihəsini yekunlaşdırmışdır.   

Birlikdən Youthportal.az-a bildirilib ki, layihə Bakı, Abşeron və Sumqayıtda narkomaniya və İnsan İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmunçatışmazlığı Sindromu (İİV/QİÇS) qarşı daha innovativ yollarla maarifləndirmə aksiyaları təşkil etmək və gəncləri bu işə səfərbər etmək idi. Bunun üçün layihə çərçivəsində ali və orta təhsil müəssisələrində geniş təbliğat kampaniyası aparılış, maarifləndirici tədbirlərin təşkil olunmuş, profilaktik aksiyalar keçirilmişdir. Eyni zamanda sosial şəbəkələr üzərindən də təbliğatın aparılmışdır. Minlərlə insan AİDS-lə bağlı maarifləndirici məlumat, şəkil və videomateriallarla tanış olmuşdur. Ümumilikdə 600-dən artıq insanın birbaşa, 2000-dən artıq insanın isə dolayısı ilə bu layihədən faydalanmışdır. 

Benefisiarlar tərəfindən yeni ideyaların meydana gəlməsi üçün fəaliyyətlər yalnız təlim, görüş və aksiyalarla yekunlaşmamış, həftə sonlarında müvafiq qrafikə uyğun olaraq, tanınmış həkimlərlə görüşlər təşkil olunmuşdur.

Digər xəbərlər

Xəbər lenti

İyulun 17-də Ay tutulması baş verəcək

Sabahın hava proqnozu açıqlanıb

“Yay məktəbi” davam edir (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi