Ru
Bakı
USD
EUR
GBP
RUB

Qətər İraqa ölkənin bərpası üçün 1 milyard dollar verəcək

news photo

11.01.2019 16:33 // Dünyada

Qətər Əmiri Tamim bin Həməd Əl Tani İraq Prezidenti Bərham Saleh ilə danışıqlar zamanı əmirliyin İraqın infrastrukturunun bərpasına 1 milyard dollar sərmayə ayırmağa hazır olduğunu təsdiqləyib.

Youthportal.az "Report"-a istinadən xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin informasiya ofisindən bildirilib.

Qeyd edək ki, İraq Prezidenti yanvarın 9-dan etibarən Qətərdə rəsmi səfərdədir, o, bu gün Qətərin hökumət üzvlərinin iştirakı ilə Əmir Sarayında təntənəli naharda iştirak edəcək.

Bundan əlavə, iki ölkənin liderləri iqtisadi və ticarət əlaqələrinin inkişafı üçün Qətərin Həməd limanı ilə İraqın Umm Qəsr limanı arasında birbaşa gəmi marşrutununun işə salınmasına dair razılaşma əldə ediblər.

Digər xəbərlər

Xəbər lenti

Ceki Çan "Alpinistlər" filmində

Metroda pianoçunun solo konserti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi