Ru
Bakı
USD
EUR
GBP
RUB

Qəlblərimizlə Döyünən “Nar Dənələri”- daun sindromlu uşaqların xeyriyyə sərgisi keçirildi (FOTO)

news photo

26.12.2016 17:30 // Cəmiyyət

Gənclər üçün Təhsil Mərkəzi və Göyçay İnkişaf Mərkəzi birgə əməkdaşlıq çərçivəsində “Qəlblərimizlə Döyünən Nar Dənələri” adlı daun sindromlu uşaqların xeyriyyə sərgisini təşkil etmişdir.

AZNAR QSC –nin və “Sağlam Ailə” Tibb Mərkəzi-nin dəstəyi ilə Park Bulvar AVM-də keçirilən xeyriyyə aksiyasının əsas məqsədi aztəminatlı və xüsusi qayğıya ehtiyacı olan daun sindromlu uşaqları bir araya gətirərək onlara diqqət və qayğı nümayiş etdirmək və birgə bayram sevincini paylaşmaqdır.

Sərgini giriş sözü ilə açan Göyçay İnkişaf Mərkəzi-nin sədri Əzizağa Atakişiyev xeyriyyə aksiyası haqqında geniş məlumat verərək , bu istiqamətdə icra olunan layihələrin ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial siyasətdən bəhrələnərək daha geniş miqyasda davam etdiriləcəyini vurğuladı.

Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə aksiyanın ictimai əhəmiyyətinı vurğulayaraq bildirmişdir ki ,müasir dövrdə uşaqların problemlərinin həlli, uşaq hüquqlarının qorunması ən aktual vəzifələrdən biridir. Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.

Daha sonra Nərimanov Rayon Gənclər və İdman idarəsinin rəisi Nəcəf Novruzov gənclər təşkilatları tərəfindən həyata keçirilən bu təşəbbüsü yüksək qiymətləndirərək, korporativ sosial məsuliyyət çərçivəsində özəl müəssisələrin bu istiqamətdə layihələri dəstəkləməyə çağırış etdi.

Tədbirin sonunda daun sindromlu uşaqlara bayram hədiyyələri və “Sağlam Ailə “ Tibb Mərkəzi tərəfindən ödənişsiz müayinə kartları təqdim olundu.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

"WhatsApp"da daha bir yeni funksiya

Atəşkəs rejimi 22 dəfə pozulub

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi