Ru
Bakı
USD
EUR
GBP
RUB

Qədim Musiqi Alətləri Dövlət Ansamblı konsert proqramı ilə çıxış edəcək

news photo

18.06.2019 16:00 // Cəmiyyət

İyulun 5-də Heydər Əliyev Sarayında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən Qədim Musiqi Alətləri Dövlət Ansamblı konsert proqramı ilə çıxış edəcək. Ansamblın bədii rəhbəri və konsertmeysteri Xalq artisti Munis Şərifovdur.

Sarayın mətbuat xidmətindən Youthportal.az-a bildirilib ki, gecədə Xalq artisti Teyyub Aslanov və Əməkdar artist Nuriyyə Hüseynova iştirak edəcək. Konsertdə xalq və bəstəkar mahnıları, şərq musiqiləri səsləndiriləcək.

Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və “ASAN xidmət” mərkəzlərindən, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan əldə etmək olar.

Digər xəbərlər

Xəbər lenti

Sumqayıtda fləşmob:Biz müstəqilik

Serbiyada təhsil təqaüd proqramı

Çağırış Kuboku yubileyini qeyd edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi