Ru
Bakı
USD
EUR
GBP
RUB

Qəbələli stolüstü tennisçilər Ulu Öndərə həsr olunmuş xatirə turnirində qüvvələrini sınayıblar

news photo

11.12.2018 17:13 // İdman

Qəbələ rayon Gənclər və İdman İdarəsinin ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar təşkil etdiyi stolüstü tennis üzrə xatirə turnirində 20-dək yeniyetmə idmançı mübarizə aparıb.

İdarədən Youthportal.az-a bildiriblər ki, turnirin açılış mərasimində rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov və Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Ədalət Əliyev çıxış edərək, ümummilli lider Heydər Əliyevin müasir Azərbaycanın inkişafı naminə gördüyü misilsiz işlərdən danışıblar. Vurğulanıb ki, Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə digər sahələrlə yanaşı, idmanın inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə, idmançılara dövlət səviyyəsində qayğı göstərilməsinə xüsusi diqqət yetirib.

Sonra yarışlara start verilib. Yekun nəticələrə əsasən, Amil Ağakərimov turnirin qalibi adını qazanıb. Sonrakı yerləri Fəqan Ağakərimov və Rais Abdullayev tutublar.

Qaliblərə rayon Gənclər və İdman İdarəsinin diplom və xatirə hədiyyələri təqdim olunub.

Digər xəbərlər

Xəbər lenti

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Metroda pianoçunun solo konserti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi