Ru
Bakı
USD
EUR
GBP
RUB

Qəbələdə “Hərbiyyə” hərbi-vətənpərvərlik yay düşərgəsi açılıb

news photo

21.07.2018 11:17 // Gənclər üçün

İyulun 20-də “ASAN xidmət”, ASAN Könüllüləri Təşkilatı və Dövlət Sərhəd Xidmətinin birgə təşkilatçılığı ilə Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə Qəbələdə “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsinin açılış mərasimi keçirilib.

Youthportal.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-leytenant İlham Mehdiyev, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev iştirak ediblər.

Məlumat verilib ki, “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsi ASAN Könüllüləri Təşkilatı və Dövlət Sərhəd Xidmətinin hərbi simulyasiya formasında birgə təşkil etdiyi sayca ikinci yay düşərgəsidir.

Əsgər simulyasiya oyunu formasında qurulan düşərgə hərbi hissə və səhra şəraitində təşkil olunub və iştirakçılar bütün qida və gigiyenik vasitələrlə təmin ediliblər. Otel və ev şəraitindən fərqli, məişət şəraitli düşərgədə doqquz regiondan olan ümumilikdə 100 ASAN könüllüsü iştirak edir.

“Hərbiyyə” hərbi vətənpərvərlik düşərgəsinin iştirakçıları müxtəlif peşəkar hərbi təlimlərə cəlb olunacaq, taktiki hazırlıq, qarovul hazırlığı, atəş hazırlığı, topoqrafiya, komandir hazırlığı və digər hərbi hazırlıqlarda iştirak edəcəklər. Həmçinin iştirakçılar üçün müxtəlif muzeylər, komplekslər, eləcə də digər tarixi məkanlara ekskursiyalar təşkil olunacaq.

Düşərgənin əsas məqsədi Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti, eləcə də Cümhuriyyət tərəfindən ordu quruculuğu istiqamətində ilk qərarlardan olan Azərbaycan Silahlı Qüvvələrinin yaradılması ilə bağlı iştirakçıları maarifləndirməkdir. Könüllülər, eyni zamanda, Azərbaycan generallarının həyatı və onların ordu quruculuğundakı xidmətləri, ordu quruculuğu siyasətinin təkmilləşdirilməsi, inkişaf etdirilməsi istiqamətində görülən işlərlə bağlı məlumatlandırılacaqlar.

news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

“Qobustan-tarixinin daş yaddaşı”

"Sevil" operası nümayiş olunacaq

Dumanlı hava şəraiti hökm sürəcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi