Ru
Bakı
USD
EUR
GBP
RUB

Qəbələdə gənc arxeoloq alim və tələbələrin yay məktəbi təşkil olunub (FOTO)

news photo

11.07.2019 08:45 // Təhsil

Qəbələdə AMEA-nın İctimai Elmləri Bölməsinin və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə gənc arxeoloq alim və tələbələrin beynəlxalq yay məktəbinə start verilib.

Məqsəd respublikada və dünyada arxeologiya sahəsində aparılan tədqiqatların nəticələri və əhəmiyyət kəsb edən əsas istiqamətlər üzrə müzakirələrə gənclərin cəlb olunmasıdır.

AMEA-dan Youthportal.az-a bildirilib ki, tədbirin açılış mərasimində çıxış edən şuranın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov akademiyada gənc alim və mütəxəssislər üçün yay və qış məktəblərinin təşkilinin ənənə halını aldığını bildirib. Qeyd edib ki, ötən dövr ərzində şuranın təşkilatçılığı ilə Şamaxıda gənc kimyaçılar üçün yay məktəbi, Bakıda isə gənc bioloqlar üçün qış məktəbi uğurla təşkil olunub. Bu dəfə ictimai elmlər üzrə ixtisaslaşmış tarixçi və arxeoloq gənclərin aktual mövzularda beynəlxalq həmkarları ilə birgə fikir mübadiləsinə cəlb olunması nəzərdə tutulub.

F.Salmanov hazırda koreyalı arxeoloqların Qəbələdə tədqiqatlar apardıqlarını və bunun yay məktəbinin iştirakçıları üçün təcrübə baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

Sonra Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminlinin "Qəbələdə arxeoloji tədqiqatlar və ilkin nəticələri" mövzusunda məruzəsi dinlənilib. O, çıxışında Qafqaz Albaniyası və onun paytaxtı olmuş Qəbələ haqqında yazılı mənbələr, burada aparılmış ilk arxeoloji tədqiqatlara dair məlumat verib, həmçinin son illər rayonun Səlbir ərazisindəki qazıntılardan danışıb. Ərazidə aşkar olunmuş antik və orta əsr tikili qalıqları, su təchizatı sistemi, istehsalat qurğuları və qəbirlər gənc alimlərin böyük marağına səbəb olub.

Beş gün davam edəcək yay məktəbinin iştirakçılarının dünyanın sivilizasiya tarixi və mədəniyyəti üçün böyük əhəmiyyət kəsb edən “Səlbir” ərazisinə ekskursiyası nəzərdə tutulur. Bundan əlavə, iştirakçılar çöl tədqiqatlarında da iştirak edəcəklər.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Daxili İşlər Nazirliyi işçi axtarır

Atəşkəs 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi