Ru
Bakı
USD
EUR
GBP
RUB

Qazax və Tovuz rayonlarında “Gənclərin Məşğulluğu proqramı” təqdim olunub

news photo

25.04.2019 15:43 // Gənclər üçün

Azərbaycan Gənclər Fondunun Gənclərlə iş şöbəsinin aparıcı mütəxəssisi Emil Yusifov Qazax və Tovuz rayonlarında region gəncləri ilə görüşüb. 

Youthportal.az GƏnclər Fonduna istinadla xəbər verir ki, Fondun məsul şəxsi tərəfindən gənclərə “Gənclərin Məşğulluğu proqramı” eləcə də, Azərbaycan Gənclər Fondunun gənclər üçün təklif etdiyi imkanları haqqında qısa məlumat verib. Yaşı 18-29 olan orta-ixtisas təhsil müəssisələri və ya ali təhsil müəssisələrini bitirmiş və hazırda heç bir yerdə çalışmayan gənclərə bildirilib ki, qeydiyyat elektron formada aparılır və müvafiq müraciətə 30-45 gün ərzində baxılaraq, nəticələr açıqlanır. Müraciətinə müsbət cavab alanlar proqram çərçivəsində işə cəlb olunaraq əmək haqqlarının 50 faizə qədəri 12 ay müddətinədək Gənclər Fondu tərəfindən subsidiyalaşdırılacaqdır. Bildirilib ki, maliyyələşmə üzrə qərar qəbul edilərkən iş təcrübəsi olmayan, sosial həssas kateqoriyadan olan və region gənclərinə üstünlük veriləcəkdir. Gənclər, həmçinin, Fond və Məşğulluq Xidməti tərəfindən təşkil ediləcək karyera planlaması və peşə təlimlərində iştirak etmək imkanı əldə edəcəklər. İştirak etmək istəyən gənclər Fondun internet səhifəsində (www.youthfoundation.az) qeydiyyatdan keçərək onlayn qaydada müvafiq vakansiyaya müraciət edə bilərlər. Qeyd edək ki, Gənclərin Məşğulluq proqramı Azərbaycan Respublikasının Gənclər Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə birlikdə həyata keçirilir.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 23 dəfə pozulub

Bakıda ilk dəfə “Port Festival” keçirilir

“Almaz” nümayiş ediləcək (FOTO)

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi