Ru
Bakı
USD
EUR
GBP
RUB

“Qazax Müəllimlər Seminariyasının 100 illiyi ilə bağlı tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində ilk tədbir təşkil olunub (FOTO)

news photo

28.10.2019 13:01 // Gənclər üçün

20 oktyabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra olunan “Qazax Müəllimlər Seminariyasının 100 illiyi ilə bağlı tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində ilk tədbir (mühazirə) təşkil olunub.

Bu barədə Youthportal.az-a layihə təşkilatçıları məlumat verib.

Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru İsmayıl Süleymanov layihə barədə ətraflı məlumat verərək, layihə çərçivəsində 21-27 oktyabr 2019-cu il tarixlərdə “Breyn Rinq” intellektual oyunu üzrə “Seminariya kuboku” yarışının keçiriləcəyini, həmçinin Seminariyanın tarixi barədə qısametrajlı filmin çəkilişlərinin davam etdirildiyini qeyd edib. Qeyd edək ki, filmin təqdimat mərasiminin 8 noyabrda keçiriləcəyi nəzərdə tutulur.

Daha sonra İ.Süleymanov Seminariyanın tarixinə qısa ekskursiya edərək, təhsil ocağının yaradılmasının tariximizdə, təhsilimizdə və mədəniyyətimizdə önəmli yer tutduğunu vurğulayıb.

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Auditorlar Palatası imtahan keçirəcək

Məktəbdən peşəyə (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi