Ru
Bakı
USD
EUR
GBP
RUB

Qaradəniz və Xəzəryanı ölkələrin karate çempionatı keçiriləcək

news photo

22.08.2019 14:56 // İdman

23-25 avqust tarixlərində Türkiyənin Rizə şəhərində uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında Qaradəniz və Xəzəryanı ölkələrin növbəti karate çempionatı keçiriləcək.

Əsasnaməyə görə 7, 8 və 9 yaşlı idmançılar yalnız fərdi və komanda kata yarışlarında çıxış edəcək. Rizə Kapalı Spor Salonunda yarışda 10 yaşdan yuxarı idmançılar isə həm fərdi kata və kumite, həm də komanda kata və kumite yarışlarında mübarizə aparacaqlar. Xatırladaq ki, təşkilatın çempionatı son üç ildə iki dəfə Sumqayıt və Bakıda keçirilib. Bu təşkilata, Dünya Karate Federasiyasının (WKF) tərkibinə Azərbaycanla birgə, region dövlətlərindən Türkiyə, Bolqarıstan, Rumıniya, Rusiya, Ukrayna, Gürcüstan, Ermənistan, İran, Qazaxıstan, Türkmənistan və Özbəkistan karate federasiyaları daxildir. Cari turnirə 6 ölkədən, 42 bölgəni təmsil edən 109 klubun trəkibində 670 idmançı qatılacaq.

Youthportal.az xəbər verir ki, yarışda 200-dək Azərbaycan karateçilsi iştirak edəcək. Müxtəlif yaşlı idmançılar, hakimlər və məçqşilərdən ibarət geniş tərkibli heyət, AMKF-in dəstəyi ilə turnirə yola düşüb. Qaradəniz və Xəzəryanı Ölkələr Karate Federasiyaları təşkilatının rəhbəri Yaşar Bəşirov, eləcə də yerli və iştirakçı karate federasiyalarının rəsmiləri təntənəli açılış mərasimində iştirak edəcək.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi