Ru
Bakı
USD
EUR
GBP
RUB

“Qaraca qız” növbəti dəfə səhnədə...

news photo

17.01.2020 14:45 // Cəmiyyət

Yanvarın 26-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Abdulla Şaiqin xalq nağılı əsasında qələmə aldığı “Qaraca qız” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq.

Youthportal.az xəbər verir ki, ikihissəli nağıl-tamaşa Əməkdar artist Loğman Kərimovun quruluşunda təqdim olunacaq. Tamaşanın rəsm quruluşu İlham Elxanoğluya, musiqi tərtibatı isə Həmid Kazımzadəyə məxsusdur. Səhnə əsərində əsas rolları sənət ocağının sevilən aktyorları Hacı İsmayılov, Münəvvər Əliyeva, Xədicə Novruzlu, Nigar Məmmədova, Nigar Güləhmədova, Rövşən Kərimduxt, Elnar Qarayev və başqaları ifa edəcək. Tamaşa təbii fəlakət nəticəsində valideynlərini itirən və bir qaraçı ailəsinin himayəsində böyüyən balaca Tutunun həyatından bəhs edir.Qeyd edək ki, tamaşa teatrda ilk dəfə 2013- cü il martın 16-da səhnəyə qoyulub.

Digər xəbərlər

Xəbər lenti

Koronavirusla bağlı rəsmi XƏBƏRDARLIQ

Atəşkəs 23 dəfə pozuldu

AzMİU-da Karyera sərgisi təşkil olunub

Qaradağlı faciəsindən 28 il ötür

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi