Ru
Bakı
USD
EUR
GBP
RUB

"Qarabağ"ın yeni transferi: "Əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam”

news photo

07.09.2017 18:49 // İdman

<p>Azərbaycanın ən güclü komandasına gəldiyim üçün xoşbəxtəm. Təklif gələndə təəccüblənmədim. “Qarabağ” “Rusenborq”u məğlub etdiyi vaxtdan yadımda qalmışdı”.</p>

<p>Youthportal.az xəbər verir ki, bunu icarə əsasında Yunanıstan “Olimpiakos”undan “Qarabağ”a keçən Norveç yığmasının futbolçusu Tarik Elyunussi deyib.</p>

<p>Klubun rəsmi saytına açıqlama verən 29 yaşlı yarımmüdafiəçi bildirib ki, Ağdam təmsilçisinin Çempionlar Liqasının (ÇL) qrup mərhələsində uğurla çıxış etməsi üçün əlindən gələni edəcək. O, komandadakı rəqabətin və keyfiyyətin artmasına kömək edəcəyini söyləyib: “Qarabağ”ın gücü bəllidir, bu mövsüm Azərbaycan futbol tarixində ilk dəfə ÇL-in qrupunda mübarizə aparacaq. Güclü qrupda yer almışıq. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik ki, “Qarabağ”ı layiqincə təmsil edək. Buna da inanıram. Komandanın son günlərdə hücumameylli futbolçular transfer etdiyini bilirəm. Bu rəqabət komandanın xeyrinə olacaq, keyfiyyətin artmasına kömək edəcək. Mən də “Qarabağ”ın uğur qazanmasını üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacam”</p>

<p>Qeyd edək ki, Tarik Elyunussi futbolçu karyerasına Norveçin “Fredrikştad” klubunda başlayıb, daha sonra Hollandiyanın “Hereneven”, Norveçin “Lillström” və “Rusenburq”, Almaniyanın “Hoffenhaym” kimi klublarında çıxış edib. Ötən ilin yayında isə futbolçu “Olimpiakos” klubuna transfer olunub. Norveç milli komandası ilə 43 oyuna çıxan yarımmüdafiəçi 9 qolla yadda qalıb.</p>

Digər xəbərlər

Xəbər lenti

Təmas xəttində nisbi sakitlik olub

UFAZ-ın 10 tələbəsi ilk 100-lükdə

Sabahın havası - İstilər davam edir

Bitkoinin qiyməti 11 min dolları keçib

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi