Ru
Bakı
USD
EUR
GBP
RUB

Qarabağda “XARI BÜLBÜL” gənclərin 2-ci yaradıcılıq festivalı keçirildi (FOTO)

news photo

09.11.2019 16:00 // Gənclər üçün

Gənclər üçün Təhsil Mərkəzi əzəli Azərbaycan torpağı olan Qarabağda, Ağcabədi rayonunda “Xarı Bülbül” gənclərin 2-ci yaradıcılıq festivalını keçirmişdir.

Təhsil Mərkəzindən Youthportal.az-a bildiirlib ki, gestival Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi  və Ağcabədi Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə baş tutmuşdur.

Qarabağ Muğam Mərkəzin keçirilən festivalın əsas məqsədi Qarabağın mədəni incilərini təbliğ etmək, gənclərin yaradıcılıq bacarıqlarının üzə çıxarılmasına və artırılmasına yardımçı olmaq, habelə uşaq və yeniyetmələrdə yaradıcılığa maraq oyatmaq idi.

Açılış mərasimində Mərkəzin Qarabağ Regional Ofisinin rəhbəri Radə Qafarova, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Vüsalə Məmmədova və Ağcabədi Regional Mədəniyyət İdarəsinin müdiri Rza Quliyev iştirak etmişdir. Çıxış edən qonaqlar festivalın əhəmiyyətini qeyd edərək, Gənclər üçün Təhsil Mərkəzinin “Xarı Bülbül” adı ilə yaradıcılıq festivalları keçirməsini alqışlamışlar.

Daha sonra yaradıcı gənclərin ifalarında musiqilər səsləndirilmiş, milli rəqslər nümayiş etdirilmiş, şeirlər söylənilmiş, tamaşalar göstərilmişdir. Festival çərçivəsində yaradıcı gənclərin əl işləri, rəsm əsərlərinə də baxış keçirilmişdir.

Festival yeniyetmə və gənclərin böyük marağına səbəb olmuş, orada yalnız Ağcabədi rayonunun deyil, qonşu rayonların da istedadlı gəncləri təmsil olunmuşdur.

Mərkəzdən verilən məlumata görə, Ağcabədi rayonunda festivalın keçirilməsi üçün yaradıcılıq dərnəyi qurulmuş, iştirakçı olmaq istəyənlər bu dərnəklərdə bütün hazırlıq işlərini həyata keçirmişlər. Dərnəklərdə gənclərin istifadəsi üçün zəruri olan avadanlıqlar, rəsm və digər sahələr üzrə müvafiq materiallar yerləşdirilmiş, o cümlədən yaradıcılıq təlimləri keçirilmişdir. Dərnək qismən yaradıcılıq qabiliyyəti olan yeniyetmə və gənclərin burada öz bacarıqlarını inkişaf etdirmək, özünü cəmiyyətə tanıtmaq və inkişaf etmək imkanı yaratmışdır. 

Qeyd edək ki, Gənclər üçün Təhsil Mərkəzi tərəfindən “Xarı Bülbül” gənclərin yaradıcılıq festivallarının hər il keçirilməsi, Qarabağın mədəni incilərinin bu tədbirlər vasitəsilə gənc nəsil arasında təbliği nəzərdə tutulur.

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi