Ru
Bakı
USD
EUR
GBP
RUB

"Qarabağ"da itki: "Neftçi" ilə matçda iştirak etməyəcək

news photo

06.02.2020 12:32 // İdman

"Qarabağ"ın futbolçusu Rahil Məmmədov Azərbaycan Premyer Liqasında XVI turun "Neftçi" ilə qarşılaşmasında iştirak edə bilməyəcək. 

Bu barədə 25 yaşlı müdafiəçinin özü məlumat verib.

Azərbaycan millisinin də formasını geyinən oyunçu Ağdam təmsilçisinin Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışının son günlərində zədələndiyini bildirib. 

XV turda "Səbail"i 1:0 hesabı ilə yendikləri görüşü də buraxan Məmmədov hazırda fitness zalında məşq etdiyini söyləyib. O, yaşıl meydanlara nə vaxt qayıdacağına hələ aydınlıq gəlmədiyini əlavə edib. 

Qeyd edək ki, fevralın 8-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Neftçi" matçı saat 20:00-da başlayacaq.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi