Ru
Bakı
USD
EUR
GBP
RUB

“Qarabağ qaziləri” amputant futbol federasiyasının əlillərdən ibarət qaziləri Bakıya dönüb (FOTO)

news photo

08.01.2019 18:25 // İdman

Yanvarın 3-də Türkiyənin veteranlardan ibarət “Türk Silahlı Qüvətləri” amputant futbol komandası ilə yoldaşlıq görüşü keçirtmiş  Azərbaycanın “Qarabağ qaziləri” amputant futbol federasiyasının əlillərdən ibarət qarabağ qaziləri bu gün bakıya dönüb. Fedarasiyanın rəhbəri Rövşən Akif oğlu və Qazilər  daha sonra  Fəxri Xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər, məzarı önünə gül dəstələri düzüblər. Daha sonra  Şəhidlər xiyabanını ziyarət ediblər. Onlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər düzüblər.  Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk Şəhidliyi” abidəsidə ziyarət edilib

Nazirlikdən Youthportal.az- bildirilib ki, təntənəli qarşılaşnma mərasimində “Qarabağ qaziləri” amputant futbol federasiyasının rəhbəri Rövşən Akifoğlu bildirib ki, biz daima Ali baş komandanın tapşırıq və tövsiyələrini ürəklə əməl edir , bu yolda addımlayırıq

Ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseynov çıxış edərək bildiriblər ki, Ankarada “Altındağ” stadionunda keçirilən oyundan əvvəlçə Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu hər iki komandanın futbolçuları ilə görüşüb. Azərbaycan komandası səfər çərçivəsində Türkiyənin veteranlardan ibarət “Türk Silahlı Qüvvələri” amputant futbol komandası ilə yoldaşlıq görüşü keçirib. Oyun 4:4 hesablı heç-heçə ilə başa çatıb. Qeyd olunub ki, Türkiyədə səfərdə olan Azərbaycanın “Qarabağ qaziləri” amputant futbol federasiyasının nümayəndələri və milli komandanın üzvləri daxili işlər naziri Süleyman Soylu ilə də görüşüblər. Vurğulanıb ki, “Qarabağ qaziləri” amputant futbol federasiyasının nümayəndələri və milli komandanın üzvləri Ulu Öndərin Ankarada ki, abidəsini və Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün Ankarada dəfn olunduğu məqbərəni - Anıtqəbiri də ziyarət ediblər.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi