Ru
Bakı
USD
EUR
GBP
RUB

“Qarabağ” – “Linfild” oyununun hakim təyinatları açıqlanıb

news photo

25.08.2019 12:36 // Qarabağ

“Qarabağ”ın UEFA Avropa Liqasında Şimali İrlandiyanın “Linfild” komandasına qarşı keçirəcəyi pley-off mərhələsinin cavab görüşü üçün hakim təyinatlari açıqlanıb.

Yuthportal.az klubun rəsmi saytına istinadla xəbər verir ki, avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma rusiyalı hakimlər briqadasına həvalə edilib.

Oyunun baş hakimi Sergey İvanov olacaq. Ona həmyerliləri Roman Usaçov və Valeri Dançenko kömək edəcəklər. Sergey Lapoçkin dördüncü hakim, lüksemburqlu Alen Hamer hakim-inspektor, sloveniyalı Marko Simyunoviç UEFA nümayəndəsi funksiyalarını yerinə yetirəcəklər.

Xatırladaq ki, cavab matçı saat 20:00-da başlayacaq. Belfast şəhərindəki ilk görüşdə “Linfild” qalib gəlib: 3:2.

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi