Ru
Bakı
USD
EUR
GBP
RUB

“Qarabağ” – “Linfild” oyununun biletləri satışa çıxarılıb

news photo

22.08.2019 10:03 // İdman

"Qarabağ"ın UEFA Avropa Liqasının play-off mərhələsində Şimali İrlandiyanın "Linfild" ilə Bakıda keçirəcəyi cavab oyunu üçün biletlər satışa çıxarılıb.

Youthortal.az xəbər verir ki, ən ucuz bilet 2 manatdır. Satışda 5 manat, 10 manat və VİP sektor üçün 50 manatlıq biletlər də var. Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, "Gənclik", 28 Mall, "Park Bulvar"dakı "iTicket" satış məntəqələrindən, "ASAN xidmət"in 2 və 3 saylı (Yasamal, AMAY T/M) mərkəzlərindən və https://iticket.az/ saytından əldə etmək olar.

Qeyd edək ki, avqustun 29-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq. Bu komandalar arasında ilk matç avqustun 22-də Belfastda reallaşacaq və Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi