Ru
Bakı
USD
EUR
GBP
RUB

“Qarabağ” klubundan növbəti rekord göstərici

news photo

17.02.2020 12:15 // İdman

Ağdamın “Qarabağ” klubu Azərbaycan Premyer Liqasında növbəti rekorda imza atıb.

Youthportal.az Peşəkar Futbol Liqasının (PFL) saytına istinadla xəbər verir ki, Ağdam təmsilçisi buna Premyer Liqada XVII turun “Zirə” ilə oyununda nail olub. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv rəqib qapısından 6 cavabsız top keçirib.

Bu, “Qarabağ”ın Azərbaycan çempionatlarında səfərdə qələbə qazandığı ən böyükhesablı nəticələrin təkrarıdır. Ağdamlılar bunadək iki dəfə də belə fərqlə meydan sahiblərini məğlub edib. Hər iki oyun ötən mövsümə təsadüf edib. 2018-ci il dekabrın 9-da indiki kimi “Zirə”, 2019-cu il aprelin 1-də isə “Sumqayıt” öz meydanında “Qarabağ”ın 6 qoluna üzülüb.

Qeyd edək ki, öz rekordunu təkrarlayan son çempion, həm də mövsümün ən böyükhesablı qələbəsini qazanıb. Bunadək cari çempionatın rekordu 4:0 hesabı olub. III turda “Qarabağ” “Səbail”i, “Keşlə” “Qəbələ”ni yenib. Hər iki matçda qonaqlar qalib gəliblər.

Digər xəbərlər

Xəbər lenti

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi