Ru
Bakı
USD
EUR
GBP
RUB

"Qarabağ" - APOEL matçının hakimləri açıqlanıb

news photo

21.10.2019 16:26 // İdman

UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ" və Kipr APOEL-i arasında keçiriləcək matç üçün bütün təyinatlar açıqlanıb. 

Youthportal.az xəbər verir ki, qarşılaşma Slovakiyadan olan hakimlər briqadasına həvalə olunub.

Baş hakim Filip Qlovaya, Frantişek FerentsYan Pozoryan xətt, Peter Zimba dördüncü hakim qismində kömək edəcək. Yunanıstanlı Mixalis Kukulakis hakim-inspektor, rusiyalı İvan Tsitoviç isə UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək. 

31 yaşlı Filip Qlova 2016-cı ildən FIFA referisidir. Slovakiyalı hakim 2018-ci il martın 27-də 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin səfərdə İrlandiyaya 0:1 hesabı ilə uduzduğu AVRO-2019-un seçmə matçını idarə edib.

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - APOEL görüşü saat 20:55-də başlanacaq. 

Digər xəbərlər

Xəbər lenti

“Anamın kitabı”nı bir daha oxuyaq

Bakıya yağış, rayonlara qar yağacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi