Ru
Bakı
USD
EUR
GBP
RUB

“Qalibiyyət, şəhidlər və şahidlər” videoçarxı təqdim olunub

news photo

26.12.2018 15:10 // Cəmiyyət

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının qərargahında “Qalibiyyət, şəhidlər və şahidlər” adlı sosial çarxın təqdimatı keçirilib.

YAP Gənclər Birliyindən Youthportal.az-a bildiriblər ki, layihə rəhbəri Anar Ağayi çarxda 2016-cı il Aprel döyüşləri zamanı şəhidlərimizin göstərdikləri şücaətdən ətraflı söhbət açıldığını vurğulayıb.

“Qalibiyyət, şəhidlər və şahidlər” kitabının müəllifi, jurnalist Aidə Eyvazlı Aprel döyüşlərində Azərbaycan Ordusunun zəfərinin gənclərimizin vətənpərvərlik ruhunu yüksəltdiyini qeyd edib.

Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Sənan Axundovun həyat yoldaşı, 45 saylı məktəbin direktoru Nəcibə Axundova çıxış edib, qəhrəmanlarımızın və şəhidlərimizin xatirəsinə yüksək ehtiramın göstərilməsinə görə minnətdarlığını bildirib.

Həmin məktəbin şagirdi Aysun Allahverdiyeva və digərləri şəhidlərlə bağlı şeirlər söyləyiblər.

Sonda aprel şəhidlərindən bəhs edən videoçarx nümayiş olunub.

news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi