Ru
Bakı
USD
EUR
GBP
RUB

Qafqazşünaslıq İnstitutunun əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

news photo

13.11.2019 20:30 // Təhsil

Azərbaycan Milli Elmlər Akademiyasının AMEA Qafqazşünaslıq İnstitutunun əməkdaşları Gürcüstanın İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində “Qafqazın mədəni-sivilizasiya kontekstində Gürcüstan” mövzusunda Qafqazşünasların V Beynəlxalq konqresində iştirak ediblər.

Qafqazşünaslıq İnstitutundan Youthportal.az-a bildirilib ki, konfransda elmi müəssisənin Gürcüstanşünaslıq şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərov “Azərbaycan-Gürcüstan münasibətlərı: sınaqlardan keçmiş əməkdaşlıq” və şöbənin elmi işçisi Naziyə Məmmədova “Gürcüstanda fəaliyyət göstərən ictimai-siyasi təşkilatlar” mövzusunda məruzələrlə çıxış ediblər.

Məruzələr üzrə alimlərin və mütəxəssislərin çoxsaylı sualları cavablandırılıb, maraqlı təklifləri səsləndirilib.

Şimali və Cənubi Qafqaz, Polşa, Türkiyə, Gürcüstan universitetlərinin və elmi mərkəzlərinin nümayəndələri, ali məktəblərin müəllimləri, magistrantlar və doktorantların iştirak etdiyi konqresdə Azərbaycan, Rusiya və digər ölkələrdən olan alimlər çıxış ediblər.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi