Ru
Bakı
USD
EUR
GBP
RUB

Qafqazşünaslıq İnstitutu “Qafqazşünaslıq” jurnalının ilk nömrəsi üçün məqalə qəbuluna başlayır

news photo

10.09.2019 13:31 // Təhsil

Qafqazşünaslıq İnstitutu “Qafqazşünaslıq” elmi-nəzəri jurnalının ilk nömrəsi üçün məqalə qəbuluna başlayır.

İnstitutdan Youthportal.az-a bildirilib ki, məqalələr Azərbaycan, rus və ingilis dillərində qəbul olunacaq. Təqdim edilən məqalələrin dəqiq strukturu olmalı, analitik xarakter daşımalı və akademik tələblərə cavab verməlidir.

Məqalələr çap və elektron variantlarda tədqiqatın aparıldığı müəssisənin elmi şurasının iclas protokolundan çıxarış və 2 rəylə birgə müəllifin özü tərəfindən redaksiyaya (Akademiya şəhərciyi, H.Cavid pr.117, 4-cü mərtəbə, otaq 448) təqdim edilməlidir.

Çap olunmuş məqalə mütləq müəllif tərəfindən imzalanmalı və redaksiyaya təqdim olunduğu tarix göstərilməlidir. Məqalələri jurnalın elektron poçtuna da (caucasusstudiesjournal@mail.ru) göndərmək olar.

Xatırladaq ki, “Qafqazşünaslıq” jurnalı ölkədə beynəlxalq münasibətlər, regionşünaslıq və siyasi tarix üzrə ilk beynəlxalq indeksli jurnaldır.

 

Digər xəbərlər

Xəbər lenti

Sabaha olan hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi