Ru
Bakı
USD
EUR
GBP
RUB

Qafqazın ilk idman jurnalistikası magistr ixtisasına növbəti qəbula start verildi

news photo

07.02.2019 15:13 // İdman

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ingilis dilində tədris olunan "İdman jurnalistikası” magistr ixtisası üzrə 2019-2020-ci akademik dərs ili üçün növbəti qəbulu elan edir. Belə ki, "İdman jurnalistikası” üzrə magistr ixtisasına qəbul olmaq istəyənlər Dövlət İmtahan Mərkəzinin elan etdiyi magistraturaya qəbul imtahanının I mərhələsində iştirak etməlidirlər. Bunun üçün cari ilin 11 Fevral tarixinədək Dövlət İmtahan Mərkəzinin rəsmi saytından qeydiyyatdan keçmək lazımdır:http://eservices.dim.gov.az/erizemag/erize Qəbul imtahanın I mərhələsi cari ilin 24 fevral tarixində baş tutacaq. Bu mərhələdən yetərli balı toplayan namizədlər II mərhələyə müraciət edə biləcəklər. İmtahanın II mərhələsi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən həyata keçiriləcək.

Məlumat üçün bildirək ki, "İdman Jurnalistikası” Magistr ixtisasının yaradılmasında əsas məqsəd bu sahədə kadr potensialının artırılmasıdır.

Akademiyadan Youthportal.az-a bildiirlib ki, təhsil proqramı Böyük Britaniyanın Şeffild Hallam universiteti ilə əməkdaşlıq çərçivəsində birgə hazırlanıb. "İdman jurnalistikası” proqramına media sahəsində tanınmış beynəlxalq ekspert Den Meyson rəhbərlik edir. Tədris prosesi ingilis dilində, beynəlxalq təcrübəyə malik yerli və ya xarici mütəxəssislər tərəfindən həyata keçirilir.

Bu ixtisasa qəbul olan namizədlər onlar üçün xüsusi yaradılmış Multimedia Mərkəzində  PR, audio və video, online media sahəsində professional bacarıqlara yiyələnəcək, idman jurnalistikasının özəllikləri və s. ilə yaxından tanış olacaqlar.

Bununla yanaşı, proqram çərçivəsində Böyük Britaniyaya səfər də planlaşdırılır. Səfər müddətində tədris modullarının birinin partnyor universitet Şeffild Hallamda keçirilməsi nəzərdə tutulur. Ətraflı məlumat üçün: https://asapesmedia.atavist.com/mediaandmore-en Bundan əlavə, proqramla bağlı sual və müraciətlərinizlə bağlı (+994 12) 564 73 82 nömrəsinə zəng edə və ya elladamustafayeva@sport.edu.az email ünvanına yaza bilərsiniz.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

“Koroğlu” operası nümayiş olunacaq

DİM abituriyentlərə müraciət edib

“Manqurt” nümayiş ediləcək

Sabah Bakıda 38 dərəcə isti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi