Ru
Bakı
USD
EUR
GBP
RUB

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniya yığmasına qalib gəlib

news photo

19.08.2019 15:51 // İdman

Avropa çempionatında iştirak edəcək voleybol üzrə qadınlardan ibarət milli komandamız Sloveniyada təlim-məşq toplanışını davam etdirir.

Azərbaycan Voleybol Federasiyasından Youthportal.az-a bildiriblər ki, hazırlıq prosesi çərçivəsində millimiz Sloveniya yığması ilə yoldaşlıq oyunu keçirib. Voleybolçularımız yoldaşlıq matçında 5:0 hesabı ilə qalib gəliblər.

Komandamız növbəti yoldaşlıq oyununu avqustun 20-də yenidən Sloveniya yığmasına qarşı keçirəcək.

Millimiz Avropa çempionatının keçiriləcəyi Macarıstana avqustun 21-də Sloveniyadan birbaşa yollanacaq.

“C” qrupunda mübarizə aparacaq komandamızın rəqibləri Xorvatiya, Hollandiya, Rumıniya, Estoniya və Macarıstan yığmaları olacaq.

Qeyd edək ki, son Avropa çempionatında millimiz dördüncü olub.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi