Ru
Bakı
USD
EUR
GBP
RUB

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Dominikan Respublikası ilə qarşılaşacaq

news photo

01.08.2019 13:00 // İdman

Avqustun 1-də qadın voleybolçulardan ibarət Azərbaycan millisi 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat turnirinə start verəcək.

Youthportal.az xəbər verir ki, 24 yığma komandanın çıxış edəcəyi turnirdə Azərbaycan millisi “D” qrupunda yer alıb. Millimiz Braziliya, Dominikan Respublikası və Kamerun ilə qarşılaşacaq.

Komandamız ilk görüşünü Dominikan Respublikasına qarşı keçirəcək.

“A” qrupunda Serbiya, Tayland, Polşa, Puerto-Riko, “B” qrupunda Çexiya, Çin, Türkiyə, Almaniya, “C” qrupunda Argentina, Bolqarıstan, ABŞ, Qazaxıstan, “E” qrupunda Koreya Respublikası, Rusiya, Kanada, Meksika, “F” qrupunda isə Belçika, Hollandiya, İtaliya və Keniya birincilik uğrunda mübarizə aparacaq.

“A” qrupunun oyunlarına Polşa, “B” qrupunun görüşlərinə Çin, “C” qrupuna ABŞ ev sahibliyi edəcək. Millimizin çıxış edəcəyi “D” qrupunun matçları Braziliyada təşkil olunacaq. Rusiyada “E”, İtaliyada isə “F” qrupunun qarşılaşmaları keçiriləcək.

Lisenziya xarakterli təsnifat turnirində qrup birinciləri birbaşa “Tokio 2020”yə vəsiqə əldə edəcəklər.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi