Qadın güləşçilərimiz Çin və Monqolustan idmançıları ilə birgə toplanış keçəcək

07.02.2019 13:52 // Təhsil
2019-cu ildə ilk təlim-məşq toplanışını Türkiyənin Kayseri şəhərində keçən qadın güləşçilərdən ibarət yığmamız hazırlıq prosesini başa vurduqdan sonra Fransanın Nitsa şəhərində təşkil olunan “Qran-pri”də qüvvəsini sınayıb.
Azərbaycan Güləş Federasiyasından Youthportal.az-a verilən məlumata görə, millimiz Qərbi Avropadan Vətənə 3 medalla qayıdıb.
Komandanın baş məşqçisi Aslan Ağayev təlim-məşq toplanışının yüksək səviyyədə keçdiyini bildirib: "Dağlıq məkanda keçdiyimiz hazırlığın böyük faydası oldu. Əsas fiziki hazırlığa diqqət yetirmişdik, ancaq taktiki-texniki hazırlığı da unutmamışdıq. Çünki Fransadakı Qran-pri turnirinə hazırlaşırdıq. Daha sonra 6 güləşçi ilə Nitsa şəhərinə yollandıq. Qran-pridə 3 medal qazandıq. Alyona Kolesnik (57 kq) və İrina Netreba (65 kq) çempion oldu. Səbirə Əliyeva (76 kq) isə üçüncü yeri tutdu. Əslində digər yığma üzvləri də yaxşı güləşdi. İştirakçı sayı az olduğundan onlar dairəvi sistem üzrə mübarizə apardı. Elmira Qəmbərova (62 kq) üç görüşdə qələbə qazandı, bir qarşılaşmada uduzdu. Lakin onun qalib gəldiyi rəqib medal qazansa da, Elmira fəxri kürsüyə qalxa bilmədi. Türkan Nəsirovanın (50 kq) nəticəsi isə iki qələbə, iki məğlubiyyət oldu. Tatyana Varantsova (53 kq) gənc güləşçidir. Onu da bu yarışda sınaqdan keçirdik. Pis təsir bağışlamadı, amma üzərində hələ çox işləməlidir”.
Təcrübəli mütəxəssis qarşıdakı planlar haqqında isə bunları deyib: “Fevralın 20-dən Türkiyədə növbəti təlim-məşq toplanışına başlayacağıq. Bu dəfə hazırlıq prosesi Ədirnədə baş tutacaq. Gənclər də bizimlə birgə toplanışda iştirak edəcək. Onlar oradan 23 yaşadək güləşçilərin Avropa çempionatına yollanacaq. Qalan heyət martın 4-də Vətənə qayıdacaq. Ədirnədə Çin və Monqolustan yığmaları ilə birgə toplanış keçəcəyik. Böyüklərin qitə birinciliyinə qədər daha bir Türkiyə toplanışı gözlənilir. Ancaq son hazırlıq prosesinin Türkiyənin hansı şəhərində keçiriləcəyi hələ məlum deyil”.
Yığmamızın çalışdırıcısı yeniyetmələr arasında dünya və Avropa çempionu, Olimpiadanın bürünc medalçısı Şahanə Nəzərovanı da nəzərində saxlayır: “Ədirnə toplanışında Şahanə Nəzərova da iştirak edəcək. Hazırda onun çəkisi 44 kq-dır. Çəkisini minimum 50 kq-a yüksəltməliyik ki, ən yüngül kateqoriyada iştirak edə bilsin. Bunun üçün ayrıca məşqçi tutmuşuq. Fiziki durumunu istədiyimiz səviyyəyə çatdırmağa və əzələ kütləsini artırmağa çalışırıq”.
Digər xəbərlər
Əfsanəvi müğənni Roy Young Bakıda çıxış edəcək
15.02.2019 18:06 // Cəmiyyət
“İlin sahibkar xanımı” olmaq üçün müraciətlər yekunlaşdı!
15.02.2019 18:02 // Cəmiyyət
“Oxu, Öyrən və Qalib ol” gənclərarası təqdimat yarışmasının final mərhələsi və bağlanış mərasimi keçirilmişdir
15.02.2019 17:41 // Gənclər üçün
Coğrafi informasiya sistemləri proqram təminatı əsasında elektron xəritə platforması yaradılıb
15.02.2019 17:25 // Təhsil
“Kənd namusu” növbəti dəfə göstəriləcək
15.02.2019 17:19 // Cəmiyyət
Hakimlərimiz elit-raund mərhələsinə təyinat alıblar
15.02.2019 16:54 // İdman
2030-cu il futbol üzrə dünya çempionatını 4 ölkə birlikdə təşkil etmək istəyir
15.02.2019 16:30 // İdman
UNESCO-nun təlim həftəsində süni intellektə dair müzakirələr aparılacaq
15.02.2019 16:13 // Təhsil
“Hər ağac bir nəfəsdir” adlı layihə reallaşdırılmışdır
15.02.2019 15:52 // Cəmiyyət
Sumqayıt şəhərinin 70 illik yubileyi qeyd ediləcək
15.02.2019 15:31 // Siyasət
Azərbaycan şirkətləri “Gulfood 2019” beynəlxalq qida sərgisində iştirak edəcək
15.02.2019 15:06 // Cəmiyyət
“Məhəbbət əfsanəsi” baleti Sankt-Peterburqda nümayiş etdiriləcək
15.02.2019 14:43 // Cəmiyyət
AzMİU-nun tələbələrinə Lester Universitetinin nümayəndəsi tərəfindən sertifikatlar təqdim olunub (FOTO)
15.02.2019 14:28 // Təhsil
Bakı Dövlət Universitetində doktorantların sualları cavablandırılıb (FOTO)
15.02.2019 14:10 // Təhsil
Cəfər Cabbarlının yubileyinə həsr olunmuş videoçarx Rusiya kitabxanalarında nümayiş olunacaq
15.02.2019 13:50 // Təhsil
Sabah Bakıda yağış yağacaq, külək əsəcək
15.02.2019 13:43 // Təhsil
Gənc kimyaçıların yaradıcılıq müsabiqəsinin ilk mərhələsi yekunlaşıb (FOTO)
15.02.2019 13:24 // Təhsil
“Xocalı faciəsi qan yaddaşımızdır ” mövzusunda “İnşa-yazı” müsabiqəsi keçirilmişdir (FOTO)
15.02.2019 13:02 // Təhsil
“Bizim müəllim” layihəsi Lənkəran şəhəri 5 nömrəli tam orta məktəb müəllimi Həyat Fərzullayevanı təqdim edir (FOTO)
15.02.2019 12:36 // Təhsil
“Davamlı inkişafın sosial-iqtisadi problemləri” mövzusunda 37-ci beynəlxalq elmi konfrans keçirilib (FOTO)
15.02.2019 12:13 // Təhsil
Zoologiya İnstitutu vakansiya elan edir
15.02.2019 12:00 // Təhsil
“Sağlam Yaşam” adlı layihənin bağlanış mərasimi keçirilmişdir
15.02.2019 11:44 // Gənclər üçün
Bakı Ali Neft Məktəbində “Mühəndislər üçün Biznes təhsili”nin növbəti dərsləri başladı
15.02.2019 11:32 // Təhsil
Reyhan Camalova Azərbaycanı yenidən ABŞ-da təmsil edəcək
15.02.2019 11:11 // Təhsil
Birinci vitse-prezident Mehriban Əliyeva Gəncənin “Xan bağı”nda sakinlərlə görüşüb (FOTO)
15.02.2019 10:58 // Siyasət
İlahiyyat İnstitutunda Heydər Əliyev təqaüdü təsis edilib
15.02.2019 10:47 // Təhsil
ADPU-da İndoneziyanın ölkəmizdəki səfirliyinin nümayəndələri ilə görüş keçirilib (FOTO)
15.02.2019 10:30 // Təhsil
DİM ilk peşə-ixtisas təhsili müəssisələrinin 3432 şagirdi üçün buraxılış imtahanı keçirəcək
15.02.2019 10:13 // Təhsil
Bakıda Gəncə rəssamlarının sərgisi keçiriləcək
15.02.2019 09:48 // Cəmiyyət
Sutka ərzində atəşkəs rejimi 23 dəfə pozulub
15.02.2019 09:19 // Qarabağ