Ru
Bakı
USD
EUR
GBP
RUB

Qaçqın və məcburi köçkün gənclərin V yaradıcılıq festival-müsabiqəsi keçirildi (FOTO)

news photo

04.12.2019 17:08 // Gənclər üçün

Bu gün M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında qaçqın və məcburi köçkün gənclərin V yaradıcılıq festival-müsabiqəsinin qaliblərinin  mükafatlandırma mərasimi və qala-konserti keçirildi.

Youthporal.az xəbər verir ki, tədbirdə Gənclər və İdman nazrinin müavini İntiqam Babayev, millət vəkilləri və digər rəsmilər iştirak edirdilər.

Gənclər və İdman nazirinin müavini İntiqam Babayev çıxış edərək bildirdi: “Bu cür müsabiqələr Azərbaycanın mədəni irsinin gənclərimiz tərəfindən qorunması, təbliğ olunması və inkişaf etdirilməsi məqsədilə təşkil olunur. Eyni zamanda, işğal altındakı torpaqlarımızın hər küçəsinin, hər məhəlləsinin unudulmaması, gənclərin yaddaşına həkk olunması da belə tədbirlərin əsas məqsədlərindəndir. Əminəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən siyasət nəticəsində tezliklə doğma torpaqlarımıza qayıdacağıq”.

Daha sonra festival-müsabiqənin münsiflər heyətinin üzvü, Əməkdar artist Gülüstan Əliyeva çıxış edərək bildirib ki, istedadlı gəncləri üzə çıxarmaq hər birimizin borcudur. Belə tədbirlər gənclərə böyük stimul verir, onların yaradıcılıq yollarında uğur qazanmalarına böyük dəstəkdir. Bu cür festival-müsabiqələrin Azərbaycanın bölgələrində də təşkilinin vacibliyini qeyd edən G.Əliyeva bildirib ki, regionlarda xeyli sayda istedadlı gənclərimiz var. Onlara da dəstək olmaq, potensiallarını üzə çıxarmaq və inkişaf etdirmək lazımdır.

Tədbirin davamında qaliblər rəsm, musiqi və rəqs nominasiyları üzrə mükafatlandırıldılar.

Məlumat üçün bildirək ki, festival-müsabiqənin keçirilməsində əsas məqsəd  qaçqın və məcburi köçkün gənclərin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmələrinə kömək göstərilməsi, onlara olan dövlət qayğısının daha da artırılması və asudə vaxtlarının səmərəli təşkil olunmasıdır.

Qeyd edək ki,  tədbirin proqramına uyğun olaraq 3 dekabr  2019-cu il tarixdə R.Behbudov adına mahnı Teatrında mədəniyyət xadimlərindən ibarət münsiflər heyəti qaliblərin seçim mərhələsini  keçirib.

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabaha gözlənilər hava şəraiti

ADU-da Çin Yeni ili qeyd olunub

Sabah güclü külək əsəcək

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi