Ru
Bakı
USD
EUR
GBP
RUB

Psixoloq Xatirə Səfərova: "Mən gəncləri enerjilərini düzgün xərcləməyə çağırıram"

news photo

09.09.2019 15:37 // Cəmiyyət

Bugünki həmsöhbətimiz Bakı Psixologiya Məktəbinin təsisçisi və rəhbəri, magistr dərəcəli klinik psixoloq Xatirə Səfərovadır.

Xatirə xanım “Təmiz Dünya” qadın və uşaq sığınacağının psixoluqu, eyni zamanda “Qəfəsdəki Sərbəstlik” kitabının müəllifidir. Psixoloq Xatirə Səfərovanın Youthportal.az-a verdiyi müsahibəni təqdim edirik.

Xatirə xanım,bu günlərdə psixoloq peşəsi çox populyarlıq qazanıb və internetdə psixoloqların bəzi tövsiyələrinə tez-tez rast gəlirik. Sizin fikrincə, psixoloq kimdir? Kimlərə psixoloq deyilir?

Psixoloq dedikdə bir çox insan bu ifadəni işlədir: ”Gedib dərdini danışdın və mövzu bitdi”. Lakin bu heç də belə deyil. Psixologiya elmi çox dərin bir sahədir. Psixoloq məsləhət vermir. O psixoloq ki, məsləhət verir həmin konsultasiyanı yarımçıq qoymaq məsləhətdir. Həmin şəxs özündə olan üstünlük komplekslərindən istifadə edərək psixoloq adı altında insanlara məsləhət verir və “Mən səndən ağıllıyam”  fikrini ötürür. Bu isə psixologiyaya zidd bir hərəkətdir. Psixoloq insanı konfrontasiya edir. Psixoloqun işi isə səni özünlə üzləşdirmək və rinqə çıxartmaqdır.

Qeyd etdiniz ki, psixoloq insanı konfrontasiya edir, psixologiyada konfrontasiya nədir?

İnsan təkcə fizioloji varlıq deyil. O, həmçinin bioloji, fizioloji, kosmo və psixoloji varlıqdır.

İnsanın ruhu var. Psixologiya isə ruh haqqında elmdir. Konfrontasiya isə özünüzlə üzləşmə deməkdir. Psixoloqun işi məhz sizi özünüzlə üzləşdirmək və rinqə çıxartmaqdır. Bu zaman psixoloq hakim rolunu oynayır, yəni hadisəyə kənardan baxır və onları danışdırır, daha dəqiq sizi özünüzlə üzləşdirir.

Ümumiyyətlə, insan niyə psixoloqa müraciət etməlidir?

Psixologiyanın gedişatında geniş istiqamətlər var. Məsələn, insan dərdini dostuna da danışa bilər. Bu zaman dostunuz öz şəxsi təcrübələrindən, öz dünyasından, öz dünya görüşündən, öz sevdiklərindən, öz analizindən dolayı sizə məsləhət verə bilər. Bu isə psixologiyaya ziddir.

Psixoloq isə öz ambisiyalarından deyil, o, işin sxemini bilərək sizə cavab verir. Buna görə də psixoloqa müraciət etmək lazımdır.

Psixologiyada psixoanaliz, psixokorreksiya, koqnetiv psixoterapiya, tranzakt analiz cərayan edir ki, sırf o materiallarla psixoloq passientləri qəbul etsin və onlara yaxınlaşsın.

Nə zaman, hansı hallarda psixoloqa müraciət etmək lazımdır?

Avropada hər bir ailənin özünün psixoluqu var. Bu prestijdir, yəni onlara hava-su kimi lazımdır. Məsələn, orda insan açarını unudub evdə qoyduğu halda düşünməyə başlayır: “Mənim beynimdə nə baş verir ki, mən qələmimi, açarımı evdə unuduram”, “ Beynimdə nə baş verdi ki, məndə unutqanlıq yaranmağa başladı”.

İstər sağlam, istərsə də psixi, ruhsal pozğunluğu olan şəxs psixoloqa müraciət etməli olduğu kimi, heç bir problemi olmayan şəxs də psixoloqa mütləq şəkildə müraciət etməlidir.

İnsanın daxili dünyasında gizli bir sandıq var, bəlkə də bunun heç fərqində də deyil, çünki bu şüuraltıdır. Bütün davranışlar məhz şüuraltıya bağlanır. İnsan özü öz şüuraltısını oxuya bilmir. Niyə oxuya bilmir? -Çünki onun daxili müdafiəsi buna imkan vermir. Bilir ki, o sandığı açsa hansısa bir vərdişindən, hərəkətindən əl çəkəcək. İnsan sadəcə üzdəki hərəkətlərinə fikir verir, dərindəki,daxilindəki hərəkətlərə fikir vermir. Ona görə də heç bir problemi olmayan insan da psixoloqa müraciət etməlidir. Psixoloqa müraciətin vacibliyi məhz daxilindəki sandığı açıb tökmək və gələcəkdə zərər görməmək üçündür. Bu isə gələcəkdə ona daha az səhv etməyə şərait yaradacaq.

Günümüzdə gənclər daha çox hansı problemlərdən ötrü psixoloqa müraciət edirlər?

Gənclər müxtəlif səbəblərdən müraciət edirlər. Düzdür, düşünürsən, gəncdir, güclüdür, gözəldir, energetikdir, amma niyə müraciət edir? Bilirsiniz, çox populyar bir psixolojik xəstəlikdən-panik atak sindromundan ötrü müraciət çoxdur. Müxtəlif sindromlar var- panik atak, sindrom turetta, tiklər. O sindromlar yaşa baxmır. Bu sindrom gənc, cavan, qoca demədən hamını narahat edə bilər.

Panik atak sindromu necə özünü göstərir??

Gənclərin bir qismində qeyri-ixtiyari  hərəkətlər müşahidə olunur.  “Qorxuram, mənə nəsə olar”, “Qorxuram ki, başıma pis hadisə gələr”, - fikirləri ilə gələn yetkin və gənclər üstünlük təşkil edir. Pis, neqativ düşüncələri daha çox beyinlərinə salırlar. Bunun da kökündə dayanan faktorlar var. İlk öncə , yeniyetmələrə qarşı qəribə bir psixoloji hücum var. Onların universitetə hazırlaşma dövründə valideynləri onlara təzyiqlər edirlər. Görürsən universitetə 600-700 bal toplayıb qəbul olur, amma universitet, orda təhsil almaq ona maraqlı gəlmir. Hətta kitablarını yandıranlar da var.  Universitetə qəbuldan sonra çox ciddi ruhsal psixoloji pozğunluqlar yarana bilər. Bu ona görədir ki, uşağın üzərinə qoyulan məsuliyyət ona ağır gəlir. Valideyinlərin öz qorxularını uşaqlarının üzərinə keçirməsi onlarda psixoloji sarsıntılara səbəb olur. Bu qorxularla böyüyən gənclər universitetə qəbul olsalar da, olmasalar da ikinci etabda, hansı ki, məsuliyyətə cəlb olunmuşdular onların davranışı özünü “davranış pozuntusu” ilə özünü biruzə verir. Tiklər, panik atak, nevrosteniya bir çox hallarda özünü göstərir.

Bunu da əlavə edim ki, panik atakla müraciət edən gənc oğlanların sayı qızlardan daha çoxdur.

Bu gün gənclərin əsas qisminin ümumi problemi nədir?

İnsanlar ən çox beyin oyunlarından yorulmuş şəkildə bizə üz tuturlar. Məsələn, adicə götürək özgüvənsizlik,məqsədi olmamaq və s. İnsanın özgüvəni yoxdur. Bu kateqoriyada arxada dayanan, kulisdə olan hazırlıq etabında o qədər hadisələr baş verib ki, nəticədə insanın özgüvəni aşağı düşüb. Özgüvəni aşağı düşən bir gəncin, bunu dərk etməsi, bundan qurtulması üçün özünə sual verməldir: Mənim misiyam nədir? İnsan öz misiyasını tapa bilməyəndə daxili problemlərlə üzləşir.Bu da daha çox boş olanda, heç bir işlə məşğul olmadıqda baş verir.

İndiki gənclərin internet asılılığı, vaxtlarını boş sərf etmələri ilə öz daxili proqramlarını məhv edirlər. Yəni məqsəd insanın həyatında önəmli amillərdən biridir. Məqsədi olmayan insan mühərriksiz maşına bənzəyir. Təsəvvür edin ki, bir “Ferrari” aşağıda dayanıb. Bu zaman siz onu bəyənəksiniz və nə gözəldir, deyəcəksiniz. Lakin biləndə ki, onun mühərriki yoxdur, deyəcəksiniz ki, bu qədər gözəl maşındır, amma fəaliyyətsizdir. İnsan da belədir. İnsanın məqsədi onun mühərikkidir. Məqsədsiz insan mühərriksiz avtomobil kimidir.

İkinci növbədə isə insan ehtiyacının kateqoriyası bilməlidir. Mən nə istəyirəm? Mən su istəyirəmsə mətbəxə keçəcəm, suyu içəcəm və mənim ehtiyacım ödəniləcək. Fizioloji ehtiyaclarımızı çox gözəl bilirik, çünki bədən bunu  avtomatik olaraq bizdən tələb edir. Ruhsal ehtiyaclarımızdan xəbərimiz varmı?- Ruhsal ehtiyaclarımızı tapmalıyıq və etdiyimiz hərəkətlərin məqsədini bilməliyik. Nəyə görə işləyirik? - Pula görəmi, alqışlara görəmi, sertifikatlara görəmi, zövqə görəmi. İnsan o zaman xoşbəxt olur ki, sevdiyi işlə məşğul olur.

İnsan niyə hərəkətə keçir?- Alqış almaq üçün. Hansı insanların alqışını almaq üçün?- İnsan vaxtında dəyər görmədiyi insanların alqışını almaq üçün hərəkətə keçir.

Üçüncü koteqoriya isə diqqətdir. Diqqət bizim daxili fənərimizdir. Əgər bizim daxilimiz qaranlıq və xaosdursa o zaman biz diqqətimizi toplaya bilməyəciyik. Bu vaxt bilməyəcəyik ki,  daxili fənərimizi hansı istiqamətə tutaq. Fənər bizim diqqətimizdir, hansı istiqamətə tutsaq o istiqamətə gedəciyik.

Xatirə xanım, oxuyuculara tövsiyələriniz nələrdir?

Mən gəncləri, oxucuları enerjilərini düzgün xərcləməyə çağırıram. Enerjini düzgün xərcləmək üçün məqsəd təyin edin. Ehtiyacınızı müəyyən edin, diqqətiniz düzgün yönəldin və hərəkətə keçin.

Digər xəbərlər

Xəbər lenti

Bakıda külək əsəcək, yağış yağacaq

Sabaha olan hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi