Ru
Bakı
USD
EUR
GBP
RUB

Psixoloq və direktor müavinləri üçün təlimlərə başlanılıb

news photo

03.02.2020 11:59 // Təhsil

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində çalışan psixoloqlar və təşkilati işlər üzrə direktor müavinləri üçün yeni təlimlərə start verilib.

BŞTİ-dən Youthportal.az-a bildirilib ki, “Ümumi təhsil müəssisələrində psixoloji xidmətin təşkili və səmərəliliyinin artırılması” istiqamətində təşkil olunan təlimlər Bakının 12 rayonu üzrə bütün ümumtəhsil məktəblərini əhatə edəcək.

“Davranış pozuntuları və müdaxilə: yeniyetmələrdə neqativ asılılıqlar və onlarla mübarizə yolları, bulinq, psixodiaqnostika” mövzusunda təlim ilk olaraq Qaradağ və Səbail rayonlarını əhatə edib.

Qeyd edək ki, BŞTİ, Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən təlimlərin əsas məqsədi ümumtəhsil müəssisələrində psixoloji xidmətin təşkili və səmərəliliyinin artırılmasına nail olmaq, şagirdlərin fərdi xüsusiyyətlərini inkişaf etdirmək, uşaqların psixi cəhətdən sağlamlığını təmin etmək və məktəblilərin fərdi inkişafına təkan verməkdən ibarətdir.

Təlimlərin fevral ayı ərzində davam etdirilməsi nəzərdə tutulur.

Digər xəbərlər

Xəbər lenti

Koronavirusla bağlı rəsmi XƏBƏRDARLIQ

Atəşkəs 23 dəfə pozuldu

AzMİU-da Karyera sərgisi təşkil olunub

Qaradağlı faciəsindən 28 il ötür

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi