Ru
Bakı
USD
EUR
GBP
RUB

Prokurorluq orqanlarında işləmək istəyənlər üçün keçiriləcək yazılı imtahanın vaxtı açıqlanıb

news photo

16.08.2019 09:45 // Təhsil

Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq Baş Prokurorluq tərəfindən elan edilmiş müsabiqənin yazılı imtahan mərhələsi 21 avqust 2019-cu il tarixdə saat 10:00-dan başlayaraq 4 saat müddətində Bakı İdman Sarayında (ünvan: Bakı şəhəri, Neftçilər prospekti, 26 A) keçiriləcək.

Baş Prokurorluğun Mətbuat xidmətindən Youthportal.az-a verilən məlumata görə, imtahanı müşahidə etmək üçün müvafiq dövlət qurumlarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət ediləcəklər.

Yazılı imtahana buraxılmış namizədlər “Yazılı imtahana buraxılış vərəqəsi”ni və şəxsiyyət vəsiqəsini təqdim etməklə imtahanda iştirak edə bilərlər. İmtahanın keçirilməsi qaydalarına dair məlumat “Yaddaş kitabçası”nda əks etdirilmişdir.

Namizədlər “Yazılı imtahana buraxılış vərəqəsi” və “Yaddaş kitabçası”nı 19, 20 avqust 2019-cu il tarixlərdə saat 10:00-dan 18:00-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Baş Prokurorluğun inzibati binasının qəbul otağında (ünvan: Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7) ala bilərlər.

İmtahanla bağlı əlavə məlumat almaq üçün 437-28-56, 492-06-82, 492-74-32 və 492-62-23 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

Digər xəbərlər

Xəbər lenti

Sabaha olan hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi