Ru
Bakı
USD
EUR
GBP
RUB

Prezident İlham Əliyev Azərbaycan və Avropa Komissiyası arasında "Maliyyələşdirmə Sazişi"ni təsdiq edib

news photo

31.12.2016 20:00 // Siyasət

Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Avropa Komissiyası arasında Avropa Qonşuluq Aləti çərçivəsində Azərbaycanın Əlaqəli Regional İnkişafı Proqramına dair “Maliyyələşdirmə Sazişi”nin təsdiqi barədə fərman imzalayıb.

İqtisadiyyat Nazirliyinə bu fərmanda göstərilən sazişin müddəalarının həyata keçirilməsi üçün tədbirlər görmək tapşırılıb.

Xarici İşlər Nazirliyi həmin sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Avropa Komissiyasına bildiriş göndərəcək.

Digər xəbərlər

Xəbər lenti

Virtual Reallıq dərsləri başlayır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi