Ru
Bakı
USD
EUR
GBP
RUB

Portuqaliyada elmi laboratoriyalara 400 milyon avro ayrılacaq

news photo

25.06.2019 15:06 // Dünyada

Portuqaliya Elm və Texnika Fondunun təklifi əsasında 2020-2023-cü illərdə bu ölkənin 300 elmi-tədqiqat laboratoriyasına 400 milyon avro vəsait ayrılacaq.

Youthportal.az  xəbər verir ki, elmi-tədqiqat və təcrübə-konstruktor laboratoriyalarına dair ilkin hesabatlara görə, bu vəsait ölkənin ən yaxşı layihələrinə ayrılacaq. Əsas maliyyə meyarları isə onların təsnifatı, alimlərin nüfuzu və layihələrin perspektivi üzrə müəyyən ediləcək. Proqram maliyyələşdirilməsi qiymətləndirmə komissiyası tərəfindən yeni tədqiqatların qanunvericiliyə uyğun olaraq həyata keçirilməsinə verəcəyi rəydən sonra ayrılacaq. Maliyyə vəsaiti elmi layihələrin həyata keçirilməsi üçün avadanlıqların alınmasına və müvafiq infrastrukturun yaradılmasına sərf olunacaq.

Laboratoriyaların qiymətləndirilməsi 32 qrupa daxil edilmiş 224 beynəlxalq ekspert tərəfindən həyata keçirilib. Onlar 2018-cui ilin sentyabrından cari ilin iyun ayınadək elmi-tədqiqat müəssisələrində olublar.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi